Bu şirniyyatları uşaqlara vermək olar

18.02.2016 13:18     Maraqlı     1448

Şirniyyatların həddindən artıq qəbulu ziyanlıdır. Xüsusilə bu uşaqlara aiddir.

Şirniyyatların həddindən artıq qəbulu dişlərlə olan problemlərə, çəkinin artmasına, mübadilə proseslərin pozulmasına, immun sisteminin zəiflənməsinə və s. pozulmalara səbəb ola bilər.

Ən ziyanlı şirniyyatlar arasında:

- konfetlər

- dükanlarda satılan peçenye, vafli, kekslər və s.

- dükanlarda satılan kremli tortlar, pirojnalar.

Lakin bəzi şirniyyatlar var ki, onların qəbulu (təbii ki, az miqdarlarda) əksinə olaraq uşaq üçün xeyirlidir.  Bu şirniyyatlar arasında:

- Araxis, günəbaxan, küncütdən hazırlanan təbii halva. Belə halva müxtəlif vitaminlər, yağlı turşular, minerallarla zəngindir. Küncüt halvası tərkibdən çoxlu miqdarda kalsiumun olmasına görə uşaqlar üçün ən faydalı sayılır.

- Təbii zefir. Bu şirniyyat alma püresi, zülal, jelatin və şəkər əsasında hazırlanır. Almanın tərkibində olan pektin mədə-bağırsaq sistemi, jelatin isə oynaqlar və sümüklər üçün xeyirlidir.

- Təbii marmelad meyvə şirələrdən, şəkərdən və jelatindən hazırlanır.

- Meyvə quruları (xüsusilə kişmiş, ərik, əncir, qara qavalı quruları). Bu ən faydalı şirniyyatdır.  Uşağa quru meyvələri verdikdən əvvəl onları axar suyun altında yaxşı yumaq, sonra süzgəcə qoyub üzərinə  qaynar su tökmək lazımdır.

- Şokolad da faydalı şirniyyatlardandır. Şokolad uşağa 3 yaşından sonra verilə bilər.

Saglamolun.az

Şərhlər

Çox oxunanlar