Qəddafinin devrilməsinin şok səbəbi - 143 ton qızıl və dollardan imtina ideyası - VİDEO

20.02.2016 22:46     Maraqlı     2718

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsinin əsl həqiqətləri ortaya çıxıb. 
 
Bu həqiqətlər ABŞ-ın sabiq dövlət katibi, hazırda ABŞ-da prezidentliyə iddialı Hillari Klintonun məktublarının açıqlanmasından sonra ortaya çıxıb.
 
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq dövlət katibinin gizli yazışmları ortaya çıxıb. Hansı ki, bu yazışmlada Liviya lideri Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsi ilə bağlı maraqlı məlumatlar yer alıb. 
 
M.Qəddafinin devrilməsinin əsas  tərəfdarlarından biri olan H. Klinitonun gizli yazışmları Liviya liderinin devrilməsinə səbəb onun  143 ton qızıla sahib olması ilə yanaşı, bu ölkənin böyük neft ehtiyatı və digər qiymətli ehtiyatlarına malik olması ilə bağlıdır. 
 
Belə ki, Vaşinqton dollarla rəqabətə girə biləcək panafrika valyutasının  yaradılmasından ehtiyyatlanıb və bu səbəbdən də Ağ Ev M. Qəddafinin devrilməsinə qərar verib.
 
Əslində Liviyada ölənlər azadlıq uğrunda və diktaturadan qurtuluş uğrunda deyil, onlar 143 ton qızıla, neftə və bir də digər var-dövlətə görə ölüblər. Necə ki, bu var-dövlət Qəddafidən sonra “azadlıq uğrunda” mübarizə aparan Liviya xalqına qalmadı. Əslində isə Liviya bu gün parçalanmış və acınacaqlı vəziyyətdədir.
 
H. Klintonun gizli yazışmaları davam edir və ona görə də bizi Barak Obamanın hakimiyyətinin ilk illərində baş vermiş hadisələrlə bağlı yeni  həqiqətlərin ortaya çıxması gözləyir.
 
Qeyd edək ki, H. Klinton dövlət katibi işlədiyi dövrdə  şəxsi poçtundan çox gizli məlumatlar yazmaq üçün istifadə etməkdə ittiham olunur. Bununla bağlı onun barəsində cinayət işinin açılması tələb olunsa da,  indiyədək bu mümkün olmayıb.

 

 

Şərhlər

Çox oxunanlar