iPhone istifadəçilərinin ən çox yayılmış 10 səhvi

22.02.2016 12:24     Maraqlı     1553

iPhone istifadəçilərinin əksəriyyəti çox güman ki öz bahalı cihazlarını maksimum dərəcədə qorumağa çalışırlar. Bununla belə bəzi istifadəçilər özləri belə bilmədən istifadə zamanı səhvlərə yol verirlər ki bu da öz növbəsində ya cihazın ömrünü qısaldır və ya onu sıradan çıxarır. Məhz bu səhvlər barədə məqaləmizdə bəhs edəcəyik.

  1. Siz öz iPhone telefonunuzu çox nadir hallarda söndürürsünüz. Bəli, siz əslində öz smartfonunuzu tez-tez, ən azı həftədə bir dəfə söndürüb yandırmalısınız. Əks halda cihazın akkumulyatoru öz enerji tutumunu tədricən itirməyə başlayacaq və cihaz daha az işləyəcək. Mütəxəssislərin bildirdiyinə görə uzun zaman smartfon işlənilmədikdə və söndürülmədikdə akkumulyatoru tədricən sıradan çıxır. Əgər sizin iPhone yalnız sadə zəngli saat və ya mp3 çalar funksiyası yerinə yetirirsə o zaman telefonun yerinə çox da baha olmayan adi saat və ya mp3 çalar almaq barədə düşünün, və ya gün ərzində smartfonunuzu bir müddət ərzində söndürün.
  2. Siz heç vaxt Wi-Fi və Bluetooth modullarını söndürmürsünüz. Əgər sizin cihaz daim işlək vəziyyətdədirsə, lakin Wi-Fi və Bluetooth modulları nadir hallarda istifadə edilirsə, o zaman telefonun akkumulyatoru boş-boşuna enerji sərf edir. Adətən istifadəçi heç vaxt davamlı açıq olan Bluetooth və Wi-Fi modullarına ehtiyac duymur, çünki onlar nadir hallarda lazım olur. Buna görə də onları söndürmək və yalnız lazım olanda yandırmaq daha məqsədəuyğundur.
  3. Siz iPhone smartfonunuzdan pis hava şəraitində istifadə edirsiniz. Nəzərə alın ki, havanın temperaturu 0-dan aşağı və 30 dərəcədən yuxarı olan şəraitlərdə smartfondan istifadə etmək məsləhət görülmür. Sözsüz ki qış vaxtı heç kim telefonunu kənara qoyub istifadə etməmək kimi fikri ağlına belə gətirməyəcək. Sadəcə olaraq, bilməniz vacibdir ki, belə şəraitlərdə işləməsi cihazınızın heç də xoşuna gəlməyəcək – akkumulyator tez bir zamanda tutumunu itirəcək və telefon ilişməyə başlayacaq. Ən azından keyfiyyətli bir çexol alın və şaxtalı havada telefonu mümkün qədər cibinizdən çıxarmayın.
  4. Siz mütəmadi olaraq gecə iPhone telefonunuzu enerji yığması üçün səhərədək şəbəkəyə qoşursunuz.Sözsüz ki bu ən rahat üsuldur, amma unutmayın ki sizin bahalı cihazınız enerji yığıb qurtardıqdan sonra da uzun müddət şəbəkəyə qoşulmuş vəziyyətdə qaldığından zərər görür. Bu isə akkumulyatorun sıradan çıxmasına, tədricən enerji saxlamamasına səbəb olur. Mütəxəssislər akkumulyator səviyyəsinin 100%-a çatmamışdan az öncə şəbəkədən ayrılmasını məqsədəuyğun hesab edirlər. Bu zaman cihazı yenidən şəbəkəyə qoşub enerji yığmasını təmin etmək ona ziyan vura bilər. Smartfonunuza gün ərzində enerji yığın və dolan kimi onu şəbəkədən ayırın.
  5. Siz cihazın 0%-ədək boşalmasına imkan verirsiniz. iPhone cihazlarında quraşdırılan Li-ion tipli akkumulyatorlar ən çox 50-80% səviyyəsində enerji tutumunu “bəyənirlər”. Akkumulyatorun tam boşalması nəticəsində daxildə olan ionlar öz xüsusiyyətlərini tədricən itirir və əvvəlki kimi enerji saxlaya bilmirlər. Smartfona müəyyən mərhələlərlə enerji verilsə ionların hər biri lazım olan qədər gərginliklə yüklənəcək və sizin iPhone daha uzunömürlü olacaq.
  6. Siz öz smartfonunuza orijinal olmayan cihazla enerji yükləyirsiniz. Əlbəttə, Appe şirkətinin orijinal cərəyanvermə cihazları çox baha olurlar, amma onlar yüksək keyfiyyətlərinə və etibarlılıqlarına görə seçilirlər. Saxta cihazlara gəlincə isə onlar telefonun ömrünün qısaldılması ilə yanaşı bəzən partlayışa belə gətirib çıxara bilirlər.
  7. Siz iPhone smartfonunuzun təmizliyinə fikir vermirsiniz. Ola bilsin sizin heç ağlınıza belə gəlmir sizin sevimli telefonunuzda nə qədər mikrob yığılıb. Son dəfə onu lazımi qaydada nə zaman təmizlədiyiniz yadınızdadırmı? Apple şirkəti özü telefonu mütəmi olaraq pambıq əsaslı parça ilə təmizləməyi məsləhət görür. Əsasən də telefonun enerji yüklənmə girişini mütəmadi olaraq təmizləmək vacibdir.
  8. Siz telefonunuzla gəzinti zamanı diqqətsizsiniz. Qara bazarda bu telefon çox qiymətli hesab edilir və müasir oğrular bu cihazı məmnuniyyətlə ələ keçirirlər. Statistikaya görə böyük şəhərlərdə belə ağıllı cihazların oğurlanması halı 40% təşkil edir. Buna görə də iPhone ilə gəzinti zamanı ehtiyatı əldən verməyin.
  9. Siz öz telefonunuzda şifrə təyin etməmisiniz. İnsanların 50%-i öz iPhone cihazlarının şifrə ilə qorunması zərurətini qulaqardına vururlar. Qorunmamış cihaz oğurlandığı halda rəqəmsal məlumatlar – şəkillər, e-mail məktublar, qeydlər, videolar, sosial şəbəkələrdə yazışmalar və s. bəd niyyətli insanların əlinə keçə bilər. iPhone telefonunda şifrə təyin etmək heç də çətin deyil. Ən əsası biganəliyin qurbanı olmamaqdır.
  10. Siz öz yerləşdiyiniz məkan barədə məlumata açıq girişə və bütün proqramlara push-xəbərdarlıqlar almağa  imkan verirsiniz. Nəzərə alın ki, bütün bunlar akkumulyatoru sürətli şəkildə boşaldır. Əksər proqramlar geotəyinatdan asılı olmayaraq çox gözəl çalışır, push-xəbərdarlıqlar isə ümumiyyətlə gözlənilməz hallarda tez-tez diqqəti cəlb etməklə insanların işgörmə qabiliyyətini aşağı salırlar.

(Maraqli.info)

Şərhlər

Çox oxunanlar