Həyatınızı dəyişdirəcək 30 dəqiqə

23.02.2016 13:04     Maraqlı     1594

Uğursuzluqların ən böyük səbəbi səbrin olmamasıdır. Səbrsizlik, nəticənin həmin anda əldə edilməsi, eləcə də bütün arzuların tez bir zamanda reallaşdırılması istəyi bütün uğursuzluqların başında dayanır. Reallıq isə bundan ibarətdir ki, uğur zaman tələb edir. Böyük uğur isə daha çox zaman tələb edir.

Riçard Brenson (Richard Branson) bir gecədə milyonçu olmayıb. Madonna bir səhər pop-musiqinin kraliçası kimi oyanmayıb. Devid Bekhem (David Beckham) də bir neçə məşqdən sonra super futbolçuya çevrilməyib.

Bütün bunlara baxmayaraq hər bir insan üçün istənilən şəraitdə kömək edə bilən bir üsul mövcuddur. İnsanların əksəriyyəti onun barəsində bilsələr də heç vaxt istifadə etmirlər. Səbəb? Axı dünyanın sizin ayaqlarınıza gəlməsini gözləmək daha asandır, deyilmi? Halbuki dünya, bir qayda olaraq qarşılıq verməyə tələsmir.

Sizi mütləq uğura götürəcək bir sadə üsulu öz silahınıza çevirin. O üsul “30 dəqiqə nəzəriyyəsi” adlanır. Üstünlüyü isə ondan ibarətdir ki, bu üsul hər bir şəxs üçün uyğundur və istənilən bir qrafikə asanlıqla inteqrasiya edilə bilir. Ümumi ideya isə ondan ibarətdir ki, siz hər gün 30 dəqiqə ərzində balaca bir işlə məşğul olur və o işdə təcrübə qazandıqca onu daha da çətinləşdirirsiniz.

Bu çox sadə görünür deyilmi? Bütün bunlara baxmayaraq siz bu metoddan heç bir zaman istifadə etməyən insanların onun necə bayağı olması barədə danışdıqlarını eşidib təəccüblənəcəksiniz. Siz hər gün 30 dəqiqənizi kitab oxumağa sərf edə bilərsiniz. Boş şeydir, deyilmi? Amma bu metodla siz il ərzində təqribən 24 kitab oxuyacaqsınız və bu əksər insanların 10 il ərzində oxuduqları kitab sayından çoxdur!

Siz hər gün 30 dəqiqənizi hər hansı bir əcnəbi dil və ya digər faydalı bir vərdişin öyrənilməsinə sərf edə bilərsiniz. Sizi maraqlandıran bir sual üzrə dərin biliklərə sahib ola və ya çatışmayan bir təcrübə qazana bilərsiniz. Hər gün 30 dəqiqənizi arzunuzu reallaşdırmaq üçün ayırın. Vaxt çatışmamazlığından həmişə təxirə saldığınız bir işlə məşğul olun. Bir müddət “30 dəqiqə nəzəriyyəsinə” əməl etdikdən sonra, məsələn, yarım il keçdikdən sonra, geriyə dönüb nədən başladığınızı xatırlayın.

Siz gün ərzində sadəcə 30 dəqiqə sərf etməklə nə qədər inkişaf etdiyinizə təəccüblənəcəksiniz. Unutmayın ki, siz artıq digər insanlardan qat-qat daha çox çalışırsınız. Səbrli olun. Ani nəticələr gözləməyin. Hər bir şey zaman tələb edir və arzunuzun böyüklüyündən asılı olaraq atılacaq addımların da sayının çox olması tələb olunur.

 

(Maraqli.info)

Şərhlər

Çox oxunanlar