200 min il sonra insan nəyə bənzəyəcək?
23.02.2016 13:27 Maraqlı 2202
Sheffield Universitetində son aparılan bir tədqiqat insan təkamülünün qətiyyətlə davam etdiyini və bu faktın artıq sorğulanmasının lazımsız olduğunu iddia edir.
Əslində Hardy-Weinberg Tarazlıq qaydasına görə, təkamül mexanizmlərindən ən az biri genetik populyasiya içində təsirli olduğu müddətdə, təkamül xarakterli dəyişiklik riyazi bir tələbdir. Bu mexanizmlər mutasiya, təsadüfi olmayan cütləşmə (cinsi seleksiyanı da əhatə edir), gen, genetik süründürülmə və ya təbii seleksiyadır.
Bunların ilk dördünün davam etdiyi açıq-aydıb müşahidə edilir. Sheffield işinin da sübut etdiyi kimi, təbii seleksiya da təsirini davam etdirir. Ancaq bu nöqtədə hadisəyə başqa bilinməyən faktlar da əlavə olunur.
Təkamül davam etdiyinə görə insanlar gələcəkdə nəyə bənzəyəcək?
Gələcək təkamül xarakterli dəyişikliklər haqqında proqnoz vermək texniki baxımdan doğru olmasa da (çünki təkamülün bir hədəfi yoxdur; gələcəkdə nə kimi dəyişikliklərə məruz qalacağımızı, hansı mühitlərdə yaşayacağımızı qəti olaraq bilməyimiz mümkün deyil), bu günkü gedişata baxaraq, yaxın gələcəkdə nələr olacağı haqqında müəyyən dəyərləndirmə apara bilərik.
Texnologiyanıb köməyiylə özümüzü inkişaf etdirmə:
İnsanlar müəyyən vaxtdan sonra, texnologiyadan faydalanaraq öz üzərlərində təkamülü məcbur edəcək bir nöqtəyə gələ bilərlər. Bu həqiqi mənada öz özünü islah etmə mənasına gələcəyi kimi, bionik orqanlar və ya gen seleksiyası yoluyla da ola bilər. Məsələn, valideyn namizədləri doğulacaq uşaqlarının xüsusiyyətlərini doğumdan əvvəl seçə biləcəklər. Əgər bu tətbiqə icazə verilsə, xüsusilə gen seçimli “dizayn körpələri” sayında bir partlayışa səbəb ola bilər. Bu körpələrdə istənməyən xüsusiyyətlər və xəstəlikli genlər təmizlənmiş olacaq. Yayıldığı təqdirdə bu tətbiq mənfi insan xüsusiyyətlərini aradan qaldıra bilər.
DAHA BÖYÜK / DAHA KİÇİK Kəllə:
Kəllə sümüyü həcmi ilə əlaqədar təxminlər əsasən iki düşüncə axınına əsaslanır. Çox sayda elm insanının müdafiə etdiyi “kiçik kəllə” proqnozu, insan kəllə həcminin üst sərhədə söykəndiyini və insanların daha böyük kəlləyə sahib olmalarının qeyri-mümkün olduğunu iddia edir. Bunun səbəbi normal doğumda ananın fiziologiyasının daha böyük bir başın keçməsinə icazə verməməsidir. Bu səbəblə bir çox elm insanı daha böyük bir başın doğumu mümkünsüzləşdirəcəyinə inanır. Daha böyük bir baş anaya zərər verəcək, daha da pisi ölümünə gətirib çıxaracaq. Bu baxımdan baş ölçülərinin eyni qalması, hətta zaman içində kiçilməsi qaçılmazdır.
Ancaq bu iddialar keysəriyyə tətbiqini gözardı edir. Hal-hazırda doğulacaq körpənin başı normaldan böyük olduğunda, onsuz da keysəriyyə ilə doğum həyata keçirilir. Bəziləri bu əməliyyatlarının təbii doğumlardan daha təhlükəsiz olduğunu düşünsə də, bu tətbiqin ancaq xəstəxana mühitlərində edilə bilməsi çox əhəmiyyətli bir maneə meydana gətirir. Böyük baş sümüklü insanlar keysəriyyə şərtlərini yarada bilmədikləri anda yox olmağa məhkumdur.
AYAQ BARMAĞI sayında azalma
İnsanlar iki ayağı üzərində yeriməyə başlamadan əvvəl ayaq barmaqları eynilə əl barmaqları kimi qavrama qabiliyyətinə malik idi. Dırmaşma, qavrama hərəkətləri əvəzinə yerimə vərdişini qazandığımız andan etibarən, ayaq barmaqları yavaş yavaş bugünkü ölçülərinə enib. Bu gün ən kiçik budağı belə tuta bilməyən ayaq barmaqlarına sahibik.
Bu səbəbdən beşinci ən kiçik barmağın gedərək kiçilməsi bu prosesin bir xəbərçisidir. Bununla digər barmaqlar, xüsusilə də böyüyü yalnız tarazlıq və getməyi təmin edir. Kiçik barmaq bu gün işə yaramır və bu barmaq olmadan insanlar heç bir çətinlik yaşamır. Bu gün kiçik barmaq – ayaqqabıların içində sıxlıq yaratmaq, yolumuzun üzərindəki əşyalara dəymək kimi – yalnız problem yaradır. Bu səbəbdən insanların təkamül nəticəsində dörd ayaq barmağının qalacağını deyə bilərik. Həmçinin heyvanlar da təkamül nəticəsində bəzi barmaqlarını itiriblər.
Kiçilən dişlər:
Ən yaxın zamanda gözlənilən dəyişiklik ağıl dişlərinin yox olmasıdır. Bu dişlər bu gün müasir insanlarda işə yaramır. Bəzi etnik qruplarda bu dişlər heç çıxmır. Bunun xaricində dişlərimizin gedərək kiçiləcəyini deyə bilərik. İnsanlarda dişlər bu günə qədər təkamülü boyunca kiçilməyə meyl göstərib. Fosil qeydlərinə görə son 100 min il içində dişlərin yarı-yarıya kiçildiyi və buna bağlı olaraq çənənin də kiçilmiş olduğu müşahidə edilir. Bu gedişatın davam etməsi ehtimal olunur.
Beyində əlaqə bolluğu:
Texnologiya indidən yaddaşın əməliyyat formasını dəyişdirib. Maksimum məhsuldarlığı tutmağa çalışan insan beyni, tipik olaraq məlumatın özünü deyil, məlumatın yığılmış olduğu yeri xatırlayır. Bir kitabın hara qoyulmuş olduğunu xatırlamaq, kitabın içindəkiləri xatırlamaqdan daha asandır. Və internet dövründə bu zehni qəribəliyin əhəmiyyət qazanması normaldır. Bir şeyi xatırlamağa çalışarkən beyin “o şeyin” harada olduğunu xatırlayır -internetdə, google-da, Wikipediada və.s – Texnologiya inkişaf etdikcə beyinlər məhsuldarlığı ən üst səviyyəyə çıxartmaq üçün lazımlı uyğunluğu göstərəcək.
Bədən tüklərinin yox olması:
İlk insanların bədənini örtən tüklərin bu gün çoxunu itirmişik. Bunun zaman içində davam edəcəyini fərz etsək, bu gün sahib olduğumuz tüklərin də töküləcəyini deyə bilərik. Xüsusilə qadınların bədənlərinin müəyyən bölgələrində tük olmadığı zaman cinsi baxımdan daha cazibədar olduqları düşüncəsi yayılmışdır. Bu səbəbdən bu tüklərin gələcəkdə heç çıxmayacağını demək yanlış olmaz. Eyni şey kişilər üçün də aiddir. Ancaq kişilərdə bədənlərinin tüksüz olması istiqamətində bir ictimai təzyiq olmadığı üçün, bu proses daha uzun çəkə bilər.
Uzanan boylar:
İnsanlarda boy uzanması son iki əsrdir sürətli bir şəkildə davam edir. Yalnız son 150 ildə insanın orta boyu 10 sm qədərədək uzanıb. Boy uzanmasının ardındakı itələyici güc yemək bolluğu və müxtəlifliyindən bir çoxumuzun yararlana bilməsidir. Aclıq uzun boyun önündəki ən əhəmiyyətli maneədir. Bir uşaq nə qədər sağlam bəslənsə, o qədər sağlam inkişaf edər və boyu uzanar. Yemək çətinliyi yaşanmadığı halda boyların uzanması davam edəcək. Bunun sərhədini təkamül təyin edəcək.
Zəifləyən immunitet sistemi:
Həyatda qalmaq üçün insanların dərmanlara asılılığı artdıqca, insanların immunitet sistemlərinin yavaş yavaş zəifləyəcəyini fərz etmək olar. Bunu açıqlamanın ən yaxşı yolu hormonlarla əlaqədar nümunədir.
Gələcəkdə dərman dəstəyi köməyi ilə hormonlarınızı təşkil etdiyimiz təsəvvür edin. Zaman içində bədəninizin bu dəstəklərə asılı hala gəldiyini, dəstəklər olmadan nizam qura bilmədiyini təsəvvür edin. Hormonları yaradan proseslərin həyatda qalma ilə bağlı rolları getdikcə azalır, çünki artıq xarici dəstəklə hormonlar keçirilir. Min illər sonra insanlar elə bir nöqtəyə çatacaq ki, hormonlar orqanik olaraq vücudun içində təmin oluna bilməyəcək. Bu nümunəni bir az da genişləndirə bilərik: İnsan bədəni həyatda qalmaq üçün tamamilə xaricdən gələn dəstəklərə möhtac hala gələ bilər. Bu səbəbdən bədənin daxili funksiyalarının böyük bir qismi funksiyasız qala bilər. Bu vəziyyətdə dərmanlar bütün mikroblarla savaşa bildiyinə görə güclü bir immunitet sisteminə ehtiyacımız qalmayacaq.
Etnik fərqliliklərin sonu:
Mədəniyyət müasir cəmiyyətlərinin əsasıdır. Mədəniyyətlərin bir-biriylə iç-içə keçməsi davam etdikcə, insanların tək bir etnik qrupa təkamülü təəccüblü olmayacaq. İrqlərin bir-biriylə qarışması yayıldıqca, insanlar etnik xüsusiyyətlərinin ana xəttlərini itirir, dünyanın fərqli hissələrinin xüsusiyyətlərini daşımağa başlayırlar. Bunun tək bir faydası ola bilər: İrqçilik artıq ayrıseçkilik yaradan ünsür olmayacaq.
Boşalan əzələlər
İnsan irqinin vaxt keçdikcə fiziki olaraq zəifləməsinə gətirib çıxara bilən iki əhəmiyyətli fakt gündəmdədir. Birincisi əzələ inkişaf etdirici işlərdə texnologiyadan istifadə etmək və gedərək daha çox asılılıq qazanmamızdır. Hər nəsil gedərək daha az miqdarda fiziki güc xərclədiyi üçün bədənimizin zəifləməsi qaçınılmazdır. Əzələlərin körelmesinin ikinci ola biləcək səbəbi bir az daha təəccüblüdür. Kosmosda həyat qurma səylərindən nəticə alındığı təqdirdə gündəlik işlərdə fiziki gücə az qala heç ehtiyac olmaya bilər. Qalaktikalar arası səfərlərdə insanların əzələ kütləsinin böyük bir qisimini itirməsi ehtimal olunur. Dünyaya dönən kosmonavtların əzələ kütlələrinin böyük bir qisimini itirmiş olduqlarını bilirik. Gələcək nəsillərin bu problemi gözardı etməmələri və buna həll gətirmələri lazımdır. Əks təqdirdə təkərli stula asılı bir həyat sürə bilərik.
Hara gedirik?
Scientific American jurnalı təkamüldə olan insanların gələcəkdə nəyə bənzəyəcəyini dünyanın qabaqcıl alimlərindən soruşub. Bəzi maraqlı cavabları sizə təqdim edirik:
Ray Kurzweil, futurist alim və Google mühəndislik bölməsinin idarəçisi: Parkinson xəstələri və eşitmə maneəlilər indidən beyinlərinə yerləşdirilən implantlardan faydalanır. 2030-cu illərə gəldiyimizdə bu tətbiq daha geniş yayılacaq. Kompüterlər o qədər kiçiləcək ki, kiçik damarlardan girilib asanca beynimizə yerləşdiriləcək. Tətbiqlərdən biri, bu gün ağıllı telefonumuzun zəkasını bulud sistemləri ilə genişlətdiyimiz kimi, neokorteksi (beynimizin düşünmə bölgəsini) bulud sistemindən genişləndirmək mümkün olacaq.
S.Jay Olshansky, Illinois Universitetində biodemoqraf: Gələcəkdə fizioloji təkamülün ən diqqətə çarpan itələyici gücü, bəzi xüsusiyyətləri ortaya çıxartmaq üçün insanın genlərə müdaxiləsi olacaq. Etməmiz lazım olan ilk şey təkamülün çiynimizə yüklədiklərindən xilas olmaq olmalıdır. Böyük bir ehtimalla ilk hədəfimiz yaşlılığa bağlı xəstəliklər və pozuqluqlar olacaq.
Yohannes Haile-Selassie, Cleveland Təbiət Tarixi Muzeyində paleoantropoloq: Təkamül fasiləsiz davam edən prosesdir. Bu səbəbdən insanlar Dünyadakı bütün digər həyat formaları kimi inkişaf edəcək və təkamül də davam edəcək. Ancaq heç kim bir gün yox olacağı həqiqəti xaricində, insanın nə olacağını bilə bilməz. Təkamülün öz daxili dinamikası var və heç kim bu mövzuda qəti bir təxmin edə bilməz.
Sarah Tishkoff, Pennsylvania Universitetindən populyasiya genetiki: 10.000 il içində və ya daha sonra bütün dünya əhalisi arasında fərqliliklərin azalacağına ümid edirəm. Yeni bir insan növünün ortaya çıxacağını düşünmürəm, çünki mədəniyyətimiz genlərimizdən daha sürətli təkamül edir.
(Pahoo.az)
Şərhlər