Təyyarəyə smartfon keçirmək yasaqlandı - QƏRAR

23.02.2016 14:29     Maraqlı     1463

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) yanğın təhlükəsizliyinin artırılması məqsədilə smartfon telefonlar üçün ion batareyalarının və fotoaparatların sərnişin təyyarələrində daşınmasını qadağan edib.

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məhdudlaşma potensial təhlükəli malların odadavamlı qablaşdırılmasının inkişaf etdiriləcəyi 2018-ci ilə qədər qüvvədə olacaq. 

 

Bu ilin 1 aprelindən qüvvəyə minəcək məhdudlaşmalara əsasən kameraların, smartfon telefonların və digər avadanlıqların təyyarələrdə daşınması qadağan ediləcək.

 

Qadağalar Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan 191 ölkədə, o cümlədən Azərbaycanda tətbiq ediləcək

Şərhlər

Çox oxunanlar