Reallıqda mövcud olmayan 9 ölkə
23.02.2016 15:02 Maraqlı 1682
Ölkəni ölkə edən nədir? Əslində universal bir açıqlama mövcud deyil. Xəritəyə diqqətlə baxsanız görərsiniz ki dünya heç bir dövlət tərəfindən tanınmayan lakin normal dövlət attributlarına malik cırtdan ölkələrlə doludur. Bunların çoxunun öz bayrağı, milli valyutası, qanunları və əraziləri var. Bu məqaləmizdə müharibə təhlükəsi ilə üz-üzə gəlsələr belə öz mövqelərini tərk etmək barədə düşünməyən 9 qeyri-adi ölkə barədə sizləri tanış edəcəyik.
Moskitiya
2009-cu ildə Nikaraquanın əyalətlərindən biri tam gözlənilmədən öz müstəqilliyini elan edir. Burada dövlət başçısı Moskitiya xalqının böyük hakimi adlanır. Bu vəzifəni tutan Hektor Uilyamsun mətbuata verdiyi açıqlamaya görə, onun xalqı öz müstəqilliyinə tam 115 il can atıb.
Lakota
1868-ci ildə lakota hindlilərinin qəbiləsi ABŞ hakimiyyəti ilə razılaşma əldə edir. Bu razılaşmaya görə Blek-Hills dağları əbədi olaraq hindlilərə verilir. Bir neçə ildən sonra bu dağlarda qızl mədənləri aşkar olunur və hindlilər buradan qovulur. Yüz il keçdikdən sonra Amerika məhkəməsi lakota hindlilərinə təzminat ödənilməsi ilə bağlı qərar qəbul etsə də məğrur qırmızıdərililər bu pulu götürməkdən imtina edirlər. Bunun əvəzinə isə onlar 2007-ci ildə suveren Lakota Respublikasını elan edirlər. ABŞ sözsüz ki bu respublikanı tanımaqdan imtina edir, lakin qırmızıdərili sakinlərlə də aranı vurmağa tələsmir. Onlar da öz təyin etdikləri qaydalar ilə yaşayırlar.
Hatt-River knyazlığı
Avstraliyada hökümətin təyin etdiyi qaydalar günü-gündən sərtləşdiyindən bir fermer ailəsi öz şəxsi dövlətlərini elan etmək qərarına gəlirlər. Bu dövlətin öz valyutası, poçt markaları və titulları var. Bunları da istənilən imkanlı şəxs əldə edə bilər. Hatt-Riverin sakinləri hakimiyyətlə onilliklər boyu mübarizə aparmış və nəticədə sonuncu onlardan əl çəkmişdir. Hazırda Kesli ailəsi (knyazlığı quranlar) vergi ödəməkdən azaddırlar.
Somalilend
Hüquqi olaraq Somalilend hələ ki Somalinin tərkib hissəsi hesab edilir. Beynəlxalq ictimaiyyət də bu ərazini Somalinin tərkib hissəsi hesab edir. Lakin mövcud hakimiyyət onu öz tərkib hissəsi kimi hesab etməyə tələsmir. Buna görə də Somalilendə səyahət hüquqi olaraq heç bir yerə səyahət etmək sayılır.
Barotselend
Müasir dünyanın yeganə mobil krallığı. Hər il Zambezi çayı öz sahillərindən çıxaraq otlaqları basır və insanları daha yuxarı ərazilərə köç etməyə vadar edir. Krallıq artıq 5 əsrdir ki mövcuddur lakin bütün bunlara baxmayaraq hələ də digər ölkələr tərəfindən tanınmayıb.
Pridnestrovye
Dnestr çayının sağ və sol sahillərində yerləşən, heç bir ölkə tərəfindən tanınmayan balaca bir dövlət. Rəsmi olaraq Pridnestrovye Moldova Respublikasının tərkib hissəsi sayılır. Lakin yerli sakinlər belə hesab etmirlər. Buranın öz prezidenti, milli valyutası var.
Seborqa
İtaliyanın Monako ilə sərhədinə yaxın yerləşən Seborqa öz müstəqilliyinə görə gül kooperativinin başçısı Corcio Karboneyə borcludur. Öz biznesi üçün ucuz ərazi axtarışında olan gənc köhnə sənədləri araşdırmış və müəyyən etmişdir ki, bu şəhər heç bir yerdə İtaliyanın tərkib hissəsi kimi qeyd edilmir. Seborqa əvvəl olduğu kimi İtaliyaya vergi ödəsə də yerli sakinlər özlərini fərqli xalq hesab edirlər.
Qrenlandiya
Bu ada 57 000 insanın məskunlaşdığıbir yerdir və heç bir ölkə tərəfində tanınmır. Danimarka konflikt səviyyəsini minimuma endirmək məqsədi ilə yerli sakinlərə öz şəxsi qayda-qanunları ilə yaşamağa imkan verir. Yerli sakinlər də bu şəraitdən tam razıdırlar.
Men adası
Men adasını nə Böyük Britaniya, nə də Avropa Birliyi öz tərkibinə almaq istəmirlər. Burada adaya aid qanunlar işləyir və Tinuold adlı parlament isə idarəedici orqanla dünyanın ən qədim parlamentlərindən sayılır. Onu 8-ci əsrdə adanı ələ keçirmiş vikinqlər təşkil ediblər.
(Maraqli.info)
Şərhlər