Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız

27.02.2016 22:32     Maraqlı     1978

Asif Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsində ani çaşqınlıq yaratmışdı. Ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular. Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. 

Yuri Kovalyov
 

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR



Yuri Kovalyov 29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəsi ilə birgə Rusiyanın Krasnodarvilayətinə köçmüş, 5 ildən sonra Bakıya qayıtmışdır. 1981-ci ildə Bakı şəhərinin Nizami rayonundakı Yuri Kovalyov adına 229 saylı tam orta məktəbə daxil olmuşdur. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qara dəniz Donanmasında miçmanlar və praporşiklər məktəbinə daxil olub. 1990-cı ildə DİN xüsusi milis bölməsinə, XTMD “OMON” sıralarına daxil olur və tez-tez Qarabağa ezamiyyətə gedir. Ermənilər onun başına böyük məbləğdə pul qoymuşdular. 1991-ci il 3 oktyabrda digər Omonçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları “UAZ”ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura həlak olur, Sergey isə ağır yaralanır. Ermənilər “UAZ”a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.

Sergey Senyuşkin
 

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR


15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olmuşdur. 1974-cü il Sızran şəhər orta məktəbini bitirmişdir. Sergey burada Politexnik İnsitutuna daxil olur, 1975-ci ildən təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirir. 1979-cu ildə bu məktəbi müvəffəqiyyətlə bitirir. Sergey Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramını peşəkar səviyyədə öyrənmişdi. 1 fevral 1992-ci ildən həyatını Azərbaycanla bağlayan Sergey hərbi hissə komandiri təyin edilmişdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradıcılarından hesab olunan Sergey, mülki təyyarəçilərə hərbçi təlimini keçməklə yanaşı, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edərək çox sayda erməni döyüşçüsünü məhv etmişdi. Xocalı soyqırımı zamanı xeyli dinc sakini xilas edə bilsə də, Xocalıda ağır yaralanmış və 29 fevral 1992-ci ildə həlak olmuşdur.

İqor Makeyev
 

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR



1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edir və burada çavuş məktəbində təhsil alır. Azərbaycanda baş verən hadisələr İqoru narahat edirdi o, təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəlişinə etiraz edəndə o, demişdi : “Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da fəda edərəm!” İqor Makeyev belə də etdi…O, evdən xəbərsiz Bakıya gəlir Daxili İşlər Nazirliyinin qoşunlarından birinə yazılır bununla da onun cəbhə həyatı başlayır. 1992-ci il 5 iyun ermənilər Naxçıvanlı kəndinə hücuma keçmişdilər İqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi tutsalar da döyüşçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda gedən döyüşlərdə də o rəşadətlə vuruşmuşdur. İqorun son döyüşü 2 avqust 1992-ci il oldu “Vışka” yüksəkliyi uğrunda gedən döyüşdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedirdilər. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır, özü isə qəhrəmancasına həlak oldu.

Mixail Slesaryov
 

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR



Mixail Aleksandroviç Slesaryov 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulub. 1970-ci ildə 4 saylı Smolensk şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini 19 saylı texniki peşə məktəbində davam etdirib. 1971-ci ildə Smolensk Kənd Təsərrüfatı Texnikası Birliyində traktorçu işləməyə başlayıb. 1975-ci ildə Sovet Ordusu sıralarına çağırılıb. 1977-ci ildə xidmətini başa vuraraq, göndərişlə Tbilisi Gizirlər məktəbinə daxil olub. Məktəbi bitirərək, Bakıya qayıdıb. 1981-86-cı illərdə motoatıcı taqımı komandiri, 1986-99-cu illərdə mühafizə taqımının rəisi vəzifələrində işləyib. 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən hadisə zamanı qəhrəmanlıq nümayiş etdirib. Mixail dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olub. 1999-cu ildə kiçik leytenant rütbəsi alıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərbi hissəsində taqım komandiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.Mixail Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib

Viktor Seryogin
 

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR



23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. Orta təhsilini Tbilisi şəhərində almışdır. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotunun pilotu təyin edilmişdir.

Azərbaycanın hərbi aviasiyasının yaradılmasında onun böyük xidmətləri olmuşdur. İşlədiyi müddət ərzində “Əmək veteranı” medalına və “Ən yaxşı təyyarəçi” adına layiq görülmüşdür.
Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalanda, Seryogin Viktor Vasilyeviç vertolyot heyəti tərkibində müharibə zonasına uçuşlar etmiş, əhalinin təhlükəli zonadan çıxarılmasında xüsusi fədakarlıq göstərmişdir. Rəhbərlik xidmətlərini yüksək qiymətləndirərək onu Mİ-2 vertolyotuna komandir təyin etmişdi. Viktor Seryogin bir komandir kimi Ağdam, Şuşa, Ağdərə rayonları ərazisində aparılan döyüş əməliyyatlarının fəal iştirakçısı olmuşdur. Komandiri olduğu vertolyot erməni yaraqlıları tərəfindən dəfələrlə atəşə tutulduğundan, zədələnmişdi. Lakin bu zədələr Viktoru qorxurtmurdu. Heyət üzvləri cəsur komandirin rəhbərliyi altında çox qısa müddətdə, bəzən döyüş gedə-gedə vertolyotu təmir edib, verilən tapşırıqları uğurla yerinə yetirirdilər.

28 yanvar 1992-ci il... Viktorun son uçuşu... Heyət Şuşa-Ağdam marşrutu ilə sərnişin aparırdı. Bir neçə dəfə əhalini təhlükəsiz zonaya çatdıran Mİ-2 vertolyotu Şuşa yaxınlığında düşmən tərəfindən atəşə tutulur. Cəsur komandir sərnişinləri xilas etmək üçün alova bürünmüş vertolyotu, çətinliklə də olsa, kənara yönəldə bilir. Bununla da itkinin qarşısını alır, özü isə heyət üzvləri ilə birlikdə həlak olur.

Ailəli idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Anatoli Davidoviç
 

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR



Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində hərbçi ailəsində dünyaya göz açmışdır. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya Hərbi Dairəsində qulluq edib. 1992-ci ilin iyununadək SSRİ, sonra isə Rusiya ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır. “N” saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi… Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. AnatoliAğdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu.

Yevgeni Karlov
 

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR



1960-cı il may ayının 31-də Tula vilayətinin Dubovka qosəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almışdır. 1 avqust 1977-ci ildə Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y.Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlayır. O, öz peşəsini qəlbən sevirdi.
Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxt o, burada xidmət etməyi qərara alır. Əvvəlcə Səngəçalda yerləşən 54314 saylı hərbi hissədə, sonra isə Bakıda yerləşən 843 saylı hərbi hissədə təlimatçı pilot işləyir.

Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirmişdi. O, bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışırdı. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, igidlik nümunələri göstərmişdi. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlovun həyatının ən faciəli və son günü oldu... O, Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Karlov Yevgeni Nikolayeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür

Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir.

Big.az

Şərhlər

Çox oxunanlar