Ayaqqabınızı saç feni ilə genişlədirin
28.02.2016 14:26 Maraqlı 1714
Çox sevərək aldığınız yeni dəri ayaqqabılar ayağınızı sıxa bilər və ya vura bilər. Xüsusi ilə, yeni aldığınız həmin ayaqqabı ilə uzun müddət ayaq üstə qaldığınız zaman dözülməz bir ağrı ilə qarşılaşa bilərsiniz. Belə cansıxıcı vəziyyətlərlə qarşılaşmamaq üçün ayaqqabınızı saç feninin köməyi ilə bir az genişləndirib, ayağınızın formasını almağını təmin edə bilərsiniz.
Bunun üçün əvvəlcə qalın bir yun corab ilə ayaqqabınızı geyinin. Sonra etməli olduğunuz tək şey, saç feni ilə ayaqqabının içinə istilik tətbiq edərək, bir müddət evin içində gəzməyinizdir. Bu əməliyyatdan sonra ayaqqabılarınızın genişlədiyini hiss edəcəksiniz.
Şərhlər