Süd və süd məhsulları barədə bilmədiyiniz maraqlı faktlar
29.02.2016 17:14 Maraqlı 2669
Süd insan sağlamlığı üşün əvəzedilməz bir məhsuldur. Onun faydaları barədə internetdə kifayət qədər məlumat almaq olar. Bu məqaləmizdə süd ilə bağlı bəzi maraqlı faktları sizinlə bölüşmək istərdik.
- Süddən yapışqan, rəng və bəzi növ plastik maddə istehsalında xammal kimi istifadə olunur.
- Statistikaya görə insanların ən çox sevdikləri qida növü pendir sayılır.
- İnəklərin özlərindən başqa ən böyük süd istehlakçısı Finlandiya hesab edilir.
- The Beatles qrupunun ilk milli turu münasibətilə Baskin-Robins şirkəti Beatle Nut adlı dondurma hazırlayır.
- Böyük Karln ən çox sevdiyi yemək pendir olub.
- Pendiri dəvə, maral, sığın, qoyun da daxil olmaqla 24 heyvan növünün südündən hazırlamaq mümkündür.
- Qalaktika sözü yunanca süd mənasını verən galaktos sözündən yaranıb.
- Amerikanın şərq sahillərində yaşayan sakinlərin payına bütün dünyada istehlak edilən dondurmaların yarısı düşür.
- Əgər siz pendiri çox sevirsinizsə sizi turofil adlandrmaq olar.
- Şokoladlı süd İspaniyada populyar səhər yeməyi hesab edilir.
- Amerika Birləşmiş Ştatlarında ilk dəfə 1957-ci ildə marqarin kərə yağından daha çox istehlak edilib. Hal-hazırda marqarin bu sahədə çox irəlidədir.
- Ən məşhur Amerikan şairlərindən biri, dördqat Pulitser mükafatı laureatı olan Robert Frost bir vaxtlar öz şəxsi fermasına sahib idi. Orada səhər tezdən durmamaq üşün inəkləri gecə ikən sağırdılar.
- Yuxarıda adı çəkilən məşhur Baskin Robins şirkəti bir dəfə ketçup dadı verən dondurma hazırlayıb.
(Maraqli.info)
Şərhlər