Limon, duz və istiot ilə 8 problemə son
04.03.2016 14:09 Maraqlı 4289
Xalq təbabəti üzrə məsləhət verən təcrübəli insanlar limonun bir sıra ədviyyalar ilə işlədilməsini xüsusi vurğulayırlar. Bu sizə də maraqlı gəlir, deyilmi?
Bu məqaləmizdə limonun duz və istiotla müxətlif xəstəliklərə qarşı birgə işlədilməsindən söhbət açacağıq. Bu dərman ilk növbədə soyuqdəymələr zamanı çox effektiv təsir edir, lakin onun digər faydalı xüsusiyyətlərini də bilməyimiz pis olmaz.
- Soyuqdəymə zamanı, əsasən də öskürək sizi əldən salarsa, daha çox isti maye için. Lakin daha tez sağalmaq üçün isə bu suya və ya çaya bir qədər duz, istiot və limon şirəsi qatıb qarışdırın. Bunun əvəzinə isə siz sadəcə olaraq üstünə duz və istiot səpilmiş limonun dilimlərini də yeyə bilərsiniz.
- Boğazınız ağrayırsa, onu belə bir məhlulla qarqara edin: 200 ml isti su, yarım çay qaşığı limon suyu və yarım çay qaşığı duz.
- Dırnaq üçün vannalara bir neçə damcı limon suyu və bir çimdik duz səpərsəniz daha effektiv olar.
- Limon və duzla aromavannalar sellülitdən azad olmaq üçün effektiv vasitədir.
- Başağrıları zamanı 2-3 damcı limon suyu, bir çimdik duz və qara üyüdülmüş istiot əlavə edilmiş tomat şirəsi için.
- Əgər artıq çəkidən əziyyət çəkirsinizsə hər gün 1 stəkan isti suya 4/1 çay qaşığı üyüdülmüş istiot, 1 xörək qaşığı bal və 2 xörək qaşığı limon suyu qarışdıraraq için.
- Ürəkbulanması zamanı qara istiot və limonun suyu qarışdırılmış su içmək məsləhətdir.
- Yeni dad hissiyatı istərdinizmi? O zaman limonun qabığını xırda doğrayıb ona qara istiot və duz qataraq istənilən yeməyə qatıla biləcək əla bir ədviyya hazırlayın. Bu yeməyə xüsusi dad verməklə yanaşı sizin maddələr mübadilənizi də sürətləndirəcəkdir.
Sağlam olun və limonun faydaları barədə unutmayın.
(Maraqli.info)
Şərhlər