Alt paltarını geyinə bilməyən iki yaşlı qızcığaz - köməyə polis çağırdı

05.03.2016 17:46     Maraqlı     1360

Qayda-qanun keşikçiləri məmnuniyyətlə ona köməklik ediblər

 

ABC-yə istinadən “Komsomolskaya pravda” məlumat verir ki, Amerikanın Cənubi Karolina ştatında Elaya adlı iki yaşlı qızcığaz paltarını geyinmək üçün təxirəsalınmaz kömək göstərilməsindən ötəri polisə zəng edib. Zəngi qəbul edən operator xəttin o biri ucundakının uşaq olduğunu başa düşüb. Ancaq hər bir hal üçün hər şeyin qaydasında olduğuna əminlikdən ötəri oraya patrul göndərir.

Qeyd olunur ki, çağırış yerinə gəlmiş qayda-qanun keşikçilərinə qapını elə alt paltarını ancaq yarıyadək geyə bilmiş iki yaşlı qızcığaz açıb. O, polislərə izah edib ki, paltarını geyinmək heç cür alınmır.

Polis zabiti Marta Louns deyib: “Mən ona paltarını və ayaqqabısını geyinməyə kömək etdim, sonra isə o, onu qucaqlamağı xahiş etdi. Bu, gün ərzində ən yaxşı çağırış idi”.

Məlumat verilir ki, bütün du vaxt ərzində qızcığaz evdə tək olmayıb. Ancaq onunla birgə olan dayə sadəcə Elayanın 911 nömrəsini yığdığından və polisə qapı açdığından xəbər tutmayıb.

Sonralar qızcığazın anası izah edib ki, yaxınlarda ona telefondan istifadəni öyrədib, ancaq gözləməzdi ki, o, özü polisə zəng edə bilər.

Karabakh.Today

Şərhlər

Çox oxunanlar