Napoleonun səhvi
07.03.2016 00:38 Maraqlı 1820
1816-cı il. Fransanın keçmiş imperatoru Napoleon Bonapart Müqəddəs Yelena adasında ömürlük sürgündə olarkən özünün ən yaxın dostlarından birindən hədiyyə alır. Hədiyyə fil sümüyündən və nefritdən düzəldilmiş şahmat idi.
Napoleon hər gün fiqurları götürüb onlara həvəslə baxırdı. Sonra isə öz-özüylə şahmat oynayırdı. Məşhur dustağın vəfatından sonra bu şahmat böyük məbləğə dəfələrlə satılmışdı. Yalnız sonralar şahmatın sonuncu sahibi fiqurlardan birinin alt tərəfini burub açmağın mümkün olduğunu təsadüfən aşkar etmişdir. Fiqurun içində adadan qaçmağın son dərəcə səhih planı var imiş. Şahmat fiqurunu burub açmağı və ələ düşən imkandan istifadə etməyi keçmiş imperator ağlına da gətirməmişdi. Tale Napoleon Bonaparta daha bir mat elan etmişdir.
5 may 1821-ci ildə Napoleon Bonapart Müqəddəs Yelena adasında qarın xərçəngi xəstəliyi ilə vəfat edir. İndiki texnika ilə belə həmin xəstəliyin qarşısını almaq mümkünsüzdür. Bu xəstəlik Napoleona nəsillikcə keçmişdir, onun atası da xərçəng xəstəliyindən vəfat etmişdi. 1840-cı ildə onun qəbri Parisə gətirilir.
Şərhlər