Hansı qida məhsullarını soyuducuda saxlamaq olmaz

07.03.2016 10:48     Maraqlı     1538

Müasir dünyada qida məhsullarını uzun müddət təravətli və dadlı saxlamaq məqsədilə soyuducudan istifadə etmək lazım gəlir. Soyuducuda yaradılan temperatur şəraiti demək olar ki istənilən yeməyin “ömrünü uzatmağa” kömək edir, lakin bəzi qida məhsulları bundan əksinə, zərər görür.

Məsələn, artıq çəkidən azad olmaq və sağlam həyat tərzi yaşamaq istəyən insanlar üçün kompleks bir sistem hazırlamış Amerikalı Cozef Merkolanın bildirdiyinə görə 5 selsidən aşağı temperaturlar pomidorlar üçün ziyandır. Həddindən artıq soyuq şəraitdə saxlanması onların tərkibini, görünüşünü və dadını korlayır. Soyuducuda yetişməmiş pomidorların saxlanılması daha böyük səhvdir, çünki bu zaman onları yetişməsi prosesi artıq dayanır.

Soyuducu kartoflara da mənfi təsir göstərir. Bu meyvəköklü tərəvəz sərin və quru yerdə saxlanılmalıdır. Ona görə də kartofu kağıza büküb xüsusi kisələrə doldururlar. Lakin soyuducuda mövcud olan çox aşağı temperatur kartofun tərkibindəki kraxmalın şəkərə çevrilməsinə səbəb olur ki, bu da nəticədə rəngin dəyişməsinə və daha şirin dad almasına səbəb olur.

Quru və sərin yerdə saxlamaq təmizlənməmiş soğan üçün də idealdır. Bu tərəvəzə davamlı olaraq təmiz hava dəyməlidir ki, onu da soyuducu təmin edə bilmir. Soğanı yalnız təmizlənmiş və istifadəyə hazır şəkildə soyuducuda saxlamaq olar.

Mütəxəssislər sarımsağı otaq temperaturunda quru və qaranlıq yerdə saxlamağı məsləhət görürlər. Soyuducuda uzun müddət qalarsa kif ata bilər.

Yetişmiş banalar bir neçə gün soyuducuda qala bilərlər. Lakin orada yaşıl meyvələr saxlanılarsa, onlar nəinki tez yetişər, tez bir zamanda da xarab olarlar. Siz onları bayıra çıxaran kimi onların qabığı qaralacaq.

Soyuducu uzun müddət saxlanılan çörəyi də xarab edir. Maraqlıdır ki, dondurulmuş çörək sadəcə soyuducuda saxlanılan çörəkdən daha yaxşı qalır. Çox aşağı temperatur çörəyin uzun zaman bayat olmasının qarşısını alır, 4-6 dərəcədə tədricən aşağı temperatur isə əksinə, bu prosesi sürətləndirir.

 

(Maraqli.info)

Şərhlər

Çox oxunanlar