Qarşınızdakı insanın ağlından nələrin keçdiyini, necə bir xarakterinin olduğunu öyrənmək istəyirsinizsə, əllərinin duruşunu və hərəkətlərini izləyin. Əllərinə baxaraq onun şəxsi keyfiyyətləri, xarakteri haqqında əvvəlcədən fikir sahibi ola bilərsiniz.
Açıq əllər- Qarşınızdakı insanın əlləri açıq vəziyyətdədirsə, yəni ovuclarının içi görünürsə, onun olduğu kimi görünməkdən xoşu gələn, heç nəyi gizlətməyən, sirr saxlamasını da bacarmayan biri olduğunu deyə bilərik. Üstəlik ovuclarının içi görünərkən barmaqları da açıqdırsa, yəni barmaqları arasında açıqlıq varsa bu insan son dərəcə mərd biri deməkdir.
Qapalı əllər- Oturarkən ovucları görünməyən, yəni əllərini yumruq formasına gətirmiş biri hər şeyi gizləməyə çalışan, hiss və düşüncələrini özündə saxlayan, gizlilik içində hərəkət etməyi sevən, pula da böyük önəm verən biri olduğunu deyə bilərik. Bu cür insanlardan pul almaq demək olar ki, mümkünsüzdür.
Yarı açıq əllər- Yarı açıq və ya yarı qapalı əllər daima ən yaxşı sayılanlardır. Bu əllərdə barmaqlar xəfif içəriyə doğru bükülmüş formada olur. Lakin barmaqlar ovucu tam örtmürlər. Bu cür əllərin sahibləri lazım olduğunda sirr saxlaya bilən, məntiq və hisslər arasında əlaqə yarada bilən, pulu da uyğun formada xərcləyə bilən insanlardır. Bu insanlar nə xəsis, nə də mərd şəxslərdir.
Cansız əllər- Bu əllərin bir növ sallandıqlarını görə bilərsiniz. Əllərin sahibi onları unutmuş kimi davranmaqdadır. Bu tip əlləri gördüyünüz zaman sahibinin dalğın, yaxşı düşünməyən, müstəqil qərar verə bilməyən, iradəsiz biri olduğunu deyə bilərik.
Canlı əllər- Əllər sakit vəziyyətdədir, lakin hər an hərəkətə keçəcək kimi görünür, yəni barmaqlarda və ya ovuclarda bir gərginlik hiss olunur. Bu əllərin sahibi ağıllı, qərarlı, həyatı sevən, zəkasından asanlıqla yararlana bilən insandır. Lakin ortada heç bir səbəb olmadan sıxılırsa, yəni əlləri yumruq halı almışdırsa qarşısında son dərəcə qərarlı, sözündən dönməyəck biri var deməkdir.
Əllərin yeri- İzlədiyimiz insan əllərini haraya qoyacağını bilməməkdədir. Bu əlin sahibi utancaq, qapalı, sosial həyatda elə də uğurlu olmayan, tez reaksiya göstərən, özünə elə də güvənməyən biri ola bilər.
Bəzi insanlar yeriyərkən əllərini öndə bir-birinə qovuşdurarlar. Bu tip insanlar hisslərə qapılmağı sevməyən, sakit, özündən əmin insanlar ola bilərlər.
Yeriyən zaman əllərini arxada bir-birinə qovuşduranlar özlərinə inanan, hər zaman haqlı olduqlarını və bəzən də üstün olduqlarını zənn edən insanlardır.
Yeriyərkən əlləri açıq və qolları sürətlə sallanan insanlar, adətən, xoş niyyətlidirlər. Onlar hərəkət halında olmağı sevirlər.
Şərhlər