Xərçəngin müalicəsində yeni ümid - eşşək arısı

07.03.2016 23:06     Maraqlı     2845

Xərçəngin müalicəsində yeni ümid yaranıb.

Alimlər yalnız Braziliyada rast gəlinən və "Polybia Paulista" adlandırılan eşşək arısı növünün xərçəngin müalicəsində böyük irəliləyiş ola biləcəyini iddia edir.

Alimlər həmin eşşək arılarının zəhərindən xərçəngə qarşı mübarizədə istifadə edə biləcəklərinə inanırlar.

Sao Paulo Universitetinin professorları eşşək arısının zəhərindəki "MP1" adlı maddənin xərçəngli hüceyrələrə yapışaraq onları məhv etdiyini iddia edirlər. Mütəxəssislər araşdırmaların hələlik ilkin mərhələdə olduğunu və xərçəngin müalicəsində eşşək arısı zəhərindən istifadə etmək üçün hələ uzun müddət tədqiqatlara davam edəcəklərini açıqlayıblar.

Şərhlər

Çox oxunanlar