Yay kökəldir! - DİQQƏT

01.06.2015 12:09     Maraqlı     1451

Yay ayları, hazır yeməklərin ən çox istehlak edildiyi dövrdür.

Yay ayları, hazır yeməklərin ən çox istehlak edildiyi dövrdür. Gəzərkən xərclənən enerjini geri qazanmaq məqsədi ilə çöldə yediyimiz fast foodlar obezite riski yaradır.

Mütəxəssislər, bilinənin əksinə yay aylarında kökəlmə riskinin qış aylarına görə daha yüksək olduğu bildirirlər. Belə ki, yay aylarında çöldə keçirilən saatlarda tez bazar istehlak vərdişlərinin daha tez təkrarlandığı qeyd olunur. Mütəxəssislər bildirirlər ki, yay ayları, çöldə daha çox vaxt keçirmək istədiyimiz və daha çox hazır yemək istehlak etdiyimiz dövrlərdir. Xərclədiyimiz enerjini geri qazanmaq məqsədi ilə hazır bir yemək, fast food, yanında soyuq bir içki içməkdən və üstündən də dondurma ya da şirniyyat yeməkdən böyük ləzzət alırıq. Bununla da kifayətlənmir, arada biskvit ya da cips kimi xırda yeməklər də istehlak edirik. Həm praktik həm də ləzzətli olan bu qəlyanaltılar, bizə asan bir şəkildə təmin etsə də, sağlamlığımız baxımından böyük risk meydana gətirir.

Bunlara diqqət etməliyik!

-Uzun müddət saxlanan yeməklər kimyəvi qatqı maddələri ehtiva etdiyindən mümkün olduqca təzəsini istehlak edin.

-Yeməklərinizdə zeytun yağı kimi təbii yağlardan istifadə edin.

-Süfrənizə çox yemək qoymayın! Hərəsindən bir az dadsanız, işləriniz çətinləşəcək.

-Boşqablarınızı kiçildin.

-Ət yeyirsinizsə yanında salat və ya qatıq yemək kifayətdir. Üstündən şirniyyat yeməyə ehtiyac yoxdur.

-Meyvə yeməyə üstünlük verin.

Şərhlər