"Bermud üçbucağı"nın sirri
01.06.2015 12:14 Maraqlı 2822
Görünür, "Şeytan"ın üçbucağı hələ çox insanın həyatına son qoyacaq
Tarix boyunca çox sayda gəmi və təyyarənin itdiyi "Bermud üçbucağı"na dair təəccüblü xəbərlərə daha biri əlavə olunub. Internetdə bir çox xarici bloqlar Kubanın sahil təhlükəsizlik qruplarının 16 May tarixində Bermudda sərbəst və rabitəsiz halda gəzən böyük bir yük gəmisinə müdaxilə etdiyini bildirib. İddialara görə, sahil təhlükəsizlik qrupları Kuba sularına girən gəmiylə əlaqə qurmağa çalışıb, lakin gəmidən heç bir cavab almaq mümkün olmayıb. Qrup üzvləri göyərtəyə çıxınca, gəminin tamamilə tərk edilmiş olduğunu görüblər. İnternet istifadəçiləri kabus gəminin tam 90 il əvvəl xəbərsiz itən "SS Cotapixi" adlı kömür yüklü gəmi olduğunu iddia ediblər. Xəbərlərə görə, sahil təhlükəsizlik polisləri kapitanın jurnalını tapmağı bacarıblar. Kubalı mütəxəssis Rudolfo Salvador Kruz bildirib ki, 1 dekabr 1925-cildə kapitanın qeydləri birdən kəsilir. "Qeydlərin olduğu son tarixə qədər hər hansı bir anormallıq müşahidə olunmur", - deyə Kruz qeyd edib. Oxşar bloqlarda Kubalı səlahiyyətlilər yazır: "Bu kimi hadisələrin sirrini açmaq məcburiyyətindəyik. Bu cür qəzalar təkrarlansa, iqtisadiyyatımız böyük zərər görə bilər" Rəsmi qeydlərə görə, "SS Cotopaxi" adlı gəmi ABŞ-ın Cənubi Karolina limanından 29 noyabr 1925-ci ildə kapitan WJ Meyerin əmri ilə 32 nəfərlik heyət və 2 min 340 ton kömürlə yola çıxıb. 1 dekabr 1925-ci ildə 77 metr uzunluğunda və saatda 17.6 kilometr sürətə sahib gəmidən təcili vəziyyət çağırışı alınıb. Batdığı deyilən gəminin dağıntıları bu günə qədər tapılmayıb. Gəminin təcili vəziyyət çağırışını göndərdiyi yer "Bermud üçbucağı"nın suları olub. ABŞ-ın Mayami sahillərindəki Puerto-Riko adasının San Juan bölgəsi və Bermud adasının arasında qalan Sakit okeanın suları illərdir sirli qəzalarla xatırlanır. ABŞ donanma tarixində yaşanan ən böyük qəza da bu ərazilərdə yaşanıb. "USS Cyclops" adlı gemi 4 Mart 1918-ci ildə 306 nəfər üzvü ilə bu bölgede qeyb olmuşdu. 28 dekabr 1948-ci ildə 32 sərnişin daşıyan "Douglas DC-3" tipli təyyarə yenə bu bölgədə itmiş, təyyarənin aqibəti haqqında dəqiq bir məlumat üzə çıxmamışdı. Bununla "Bermud üçbucağı" haqqında naməlum və sirli faktlar bitmir. Görünür, "Şeytan"ın üçbucağı hələ çox insanın həyatına son qoyacaq
N.M
Şərhlər