Ad günün mübarək!!!
21.03.2016 12:13 Maraqlı 3371
Yanınızda olan bəzi insanlar vardır. Hər nə olursa olsun sizə düzgün yol göstərən, ən əsası isə sizi anlayan. Sözlərinizi, fikirlərinizi onlarla bölüşdüyünüz insanlar. Çox zaman bir böyüyün kimi sığındığın, inandığın, başın sıxışdığında yardım edən, səni dəstəkləyən, arabir də danlayan biri. Eləcə də ən çətin anınızda belə ərk edə biləcəyiniz biri. Və bəzən o elə biri olar ki, sizə “qızım” deyəndə sevinc gözlərinizdən oxunar. Ata kimi bildiyin bir böyüyün tərəfindən bu sözü eşitmək bir başqa gözəl olar sənin üçün.
O zatən çox zaman mənə “qızım” deyir və bu sözü ilə məni nə qədər sevindirdiyinin bəlkə də fərqində deyil.
O mənim sığındığımdır... Düşünürəm ki, insanın ətrafında sığındıqları olmasa çarəsiz olar. Amma mən elə deyiləm. O mənim həyatda sığındığım, güvəndiyim 3-4 insandan biridir. Başım sıxışdığında mənə kömək edib, yol göstərənimdir.
O bəzən mənim dostum kimidir. Çox mövzunu mənimlə müzakirə edən, eləcə də fikirlərimi dinləyən.
Hərdən də məni “səbrsizsən” deyərək danlayandır J
Ən nəhayət: o mənim dayımdır. Bu gün isə onun ad günüdür. Dayıların ən qəlbi cavanı ad günün mübarək! Allah səni sevdiklərinə çox görməsin! Daim belə cavan qalmaqla neçə xoşbəxt illər diləyi ilə...
Sənin qarşılığını ödəməyim üçün, yanımda olub məni anlamağın üçün, mənə daha uzun illər “qızım” deməyin üçün və daha neçə-neçə sevincli günlər görməyin üçün Allah-Təaladan daha çox ömür diləyirəm sənin üçün...
Ad günün mübarək, dayıcan! Nə yaxşı ki, varımsan!
( Röya )
Şərhlər