EFSA - dan gündəlik qəhvə istehlakı xəbərdarlığı
01.06.2015 12:33 Maraqlı 997
Avropa Qida Təhlükəsizliyi Təşkilatı, yetişkin insanlara gündəlik 400, hamilələr və körpə uşaqlı analara 200 milliqramdan çox qəhvə istehlak etməmək xəbərdarlığını edib.
EFSA - nın internet saytında yerləşdirilən açıqlamada, 13 ölkədə aparılan araşdırmaya görə gündəlik qəhvə istehlakında 400 milliqram sərhədini aşan ölkələr arasında Danimarkanın ilk, Fransanın son sırada olduğu bildirilib.
Hamilələr və körpə uşaqlı analar üçün gündəlik qəhvə istehlak 200 (4 fincan), böyüklər üçün 400 milliqram olduğu vurğulanan açıqlamada, Avropadakı gənclər arasında istehlakı artan enerji içkilərinin narahatlıq verdiyi ifadə edilib.
Açıqlamada, gənclərin gündə bir fincan qəhvə və kola, iki və ya üç enerji içkisi istehlak halında gündəlik sərhədə çatacaqları qeyd edilib.
Şərhlər