Obama azərbaycanlı ata-oğulun fotosuna şərh yazdı - VİDEO
24.03.2016 21:20 Maraqlı 1719
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama azərbaycanlı ata və oğulun şəklinə şərh yazıb.
Brandon Stanton adlı amerikalı jurnalist Təbrizdə çəkdiyi fotonu paylaşaraq azərbaycanlı atanın ona danışdığı hadisəni şəklin altına əlavə edib: "Bu gün oğlumun 10 yaşı tamam olur. O çox ürəyi yumşaq, mehriban uşaqdır. Onun beş yaşı olanda biz bazarlığa gedib qaysı aldıq. O məndən qaysı olan torbanı götürməyə icazə istədi. Mən də icazə verdim. Özüm qabağda gedirdim. O da arxamca gəlirdi. Mən ona dedim ki, bəsdir, yoruldun, torbanı ver mən götürüm. O da dedi ki, qaysının hamısnı payladım. Mən bilirdim ki, insanları sevən bir övlad tərbiyə etmişəm".
Barak Obama təbrizli ailənin bu şəklini bəyənib və şərh yazıb. Bu hadisənin çox ruhlandırıcı olduğunu bildirən Obama Təbrizli atanın övladına verdiyi tərbiyənin nəticəsini yavaş-yavaş gördüyünü qeyd edib. Obama bu hadisənin ona xüsusi hisslər yaşatdığını əlavə edib: "Ümidvaram bu uşaq digər insanlara kömək etmək hissini heç zaman itirməz. Mən bütün dünyanı belə gənclərin öz potensialları ilə yaşaması üçün əlverişli məkana çevirməyə çalışıram".
Obama həmçinin qeyd edib: "Ümidvaram ki, bir gün təbrizli oğlanı görsəm mənə də qaysı verər".
Obamanın bu şərhini qısa müddətdə 166 mindən çox insan bəyənib.
Obama soydaşımızın fotosuna şərh yazdı - ATV by azcanall
Şərhlər