İspaniyada gecəsi 30 min avroya dincələn azərbaycanlı kimdir? - VİDEO

07.07.2015 13:25     Maraqlı     2399

Fransanın məşhur telekanallarından birində "Enquete exclusive" (xüsusi araşdırma) verilişi efirə gedərkən azərbaycanlılardan bəhs edilib.

Verilişdə İspaniyanın cənubunda yerləşən Marbelya kurort şəhəri haqda maraqlı süjet hazırlanıb. Bura gələn zənginlər, ulduzlar barədə danışılıb, onların necə dincəldiyi göstərilib.

Verilişdə jurnalist kurort şəhərindəki bir villa haqda məlumat verib. Villa Del Mar adlı bu malikanədə bir gecənin qiymətinin 30 min avro olduğu bildirilir.

Villanı jurnalistlərə göstərən sahibi orada dincələnlərin olduğunu və yenicə getdiklərini deyib, ancaq onlar darvazadan çıxan zaman özlərini və  avtomobillərinin nömrələrini çəkməməyi xahiş ediblər.

Villa sahibi yalnız onu qeyd edib ki, bu müştərilər azərbaycanlılardır və burada 12 gün qalıblar.

 

/modern.az/

Şərhlər

Çox oxunanlar