Mesaj niyə 160 simvoldur? - ÇOX MARAQLI FAKT

30.03.2016 13:33     Maraqlı     1744

Bunun səbəbinin texniki bir zərurət ilə əlaqədar olduğunu düşünə bilərsiniz. Lakin işin gerçəyi 160 hərfin heç bir texniki səbəbi yoxdur. Bunun bütün günahkarı Friedham Hillebrand adlı bir almandır.

1985-ci ildə rabitə tədqiqatçısı olan Friedhelm Hillebrand və bir neçə həmkarının əhəmiyyətli bir vəzifəsi vardı. Vəzifələri, daşına bilən telefonların göstərə biləcəkləri mətn əsaslı mesajlar ilə əlaqədar standartlar təyin etmək idi. Hillebrand bir mesajın ən çox necə xarakter ehtiva edə biləcəyinə qərar verməli idi.

İnsanların bir mesajda yazacaqları ehtimal olunan təsadüfi qeydləri və sualları yazaraq bütün bir kağızı doldurdu. Sonra bu qeydləri incələdi. Friedhelmin fikrincə, bir insanın fikrini çatdırması üçün 160 simvol yetərlidir. Elə həmin dövrdən, 160 simvol standart olaraq qəbul edildi.

 

(Show.az)

 

Şərhlər

Çox oxunanlar