Təəccüb doğuran möcüzə - İnsan kimi yeriyən zülallar - VİDEO
31.03.2016 13:10 Maraqlı 1847
Kinezin molekulları - canlı orqanizmlərin daxilində hərəkət edən zülallardır. Bu zülalların ən maraqlı cəhəti onların insan kimi yeriməsidir. Adi kinezin molekulunda 2 «əl» var (onlarla yük saxlanılır) və iki «ayaq» var.
Reaksiya.info-nun FaktXeber.com-a istinadən məlumatına görə, bu zülallara «hüceyrələrin işləyən atları» adları da verilib. Onlar «mikroboru» adlanan hüceyrə yolları ilə həyati vacib orqanoid və vezikul adlanan yükləri daşıyırlar. Hüceyrənin içində hərəkət etməsi çətin olan yüklər bu yolla lazımi yerlərə çatdırılır. Bu molekul, hüceyrələrin tərkibində «poçt» daşıyan poçtalyona bənzəyir.
Şərhlər