Beynimiz niyə yorulur?

01.04.2016 14:49     Maraqlı     1739

Bizi ayaqda tutan, etdiyimiz hər bir işdə payı olan orqanımız beyindir. Bəs biz əsas orqanlardan birinə necə qayğı göstəririk? Beynimizin sağlam qalması və var gücü ilə işləməsi üçün nə edirik? Gözəl, dəyərli həyat yaşamaq, düzgün qərarlar vermək üçün, şəxsiyyətimizin müsbət inkişafı üçün beyninizin sağlamlığını qoruyun! 


Az yatma (yuxusuzluq)

Beynin optimal işləməsi üçün o lazımi qədər yatmalıdır. Belə ki, 1-2 saat az yatmaq belə beynin funksionallığına mənfi təsir göstərir. Yuxu mütəmadi və kifayət qədər olmalıdır (7-8 saat). Az yatma insan orqanizminə, 1-2 porsiya spirtli içkinin içmək kimi eyni təsiri göstərir: insan ayıq-sayıqlığını itirir, nəticədə isə bu avtomobil qəzalarına, işdə də həmçinin xoşagəlmə hallara gətirib çıxara bilər. Yuxusuz qalanda insan stresslə mübarizə aparmaq qabiliyyətini itirir, bu isə depressiyaya gətirib çıxarır. Yuxusuzluq həmçinin insan orqanizminin vaxtından əvvəl qocalmasına da gətirib çıxarır. 

Stress

Stress yaddaş qabiliyyətini zəiflədir, əsasən də qısamüddətli yaddaşı. Stress keçirərkən insanlar adətən faydasız və orqanizm üçün zərərli hesab edilən yeməklər yeyir, yaxşı və pisi ayırd edə bilmirlər. Stress halları insanları depressiyaya salır. Depressiyada olarkən isə insanlar sağlam düşünmək qabiliyyətini itirirək, hər hansı bir situsiyada düzgün qərar verə bilmirlər. Onlar adətən hər şeyi qara rəngdə, neqativ olaraq görürlər, fikirlərini cəmləyə bilmirlər.

Xroniki ağrı

Xroniki baş ağrıları və ya orqanizmdə baş verən digər fiziki nasazlıqlar həyat gücünü yox edir. Belə bir halda insan yaşamır, sadəcə mövcud olur. O fikrini cəmləməkdə çətinlik cəkir, beyin bütün gücü ilə işləyə bilmir.

Zəifləmə

Elmi araşdırmalar göstərir ki, bu operativ yaddaşı olduqca zəiflədir, insan yorğun, əzgin olur, diqqətini cəmləyə bilmir. Az miqdarda su içən insanlarda adətən baş ağrıları daha çox olur.

Kofein

Kofein - beyinə mənfi təsir göstərən depresantdır. Bu, süni şəkildə insanı gümrahlandıran simulyatordur. Fizioloji qanunlara görə, süni şəkildə gümrahlandıran hər bir şey, sonda nəticə olaraq tormozlanmaya gətirib çıxarır. Stimulyasiya effekti keçdikdən sonra bu qıcıqlanmaya və baş ağrılarına gətirib çıxarır.
 
Bütün həyat hadisələrində rejimsizlik beynin fəaliyyətinə çox pis təsir göstərir. Bədən hərarəti, arterial təzyiq, gün ərzində hormonal fonun müvafiq dövrləri olur. Biz ritmik varlıqlarıq, məhz buna görə, rejim çərçivəsində yaşayan insanlar daha sağlam olurlar. 

Çox yemə

Beynin fəailyyətində rolu olan neyropeptidlər yeməyin həzmi prosesində də iştirak edirlər. Ona görə, yemək yedikdən dərhal sonra dərs oxumağa tələsməyin. Beynin fəaliyyəti üçün lazım olan maddələr yerini dəyişərək həzm prosesinə keçirlər. 

Alkoqol və narkotik maddələr 

Bunların istifadəsi nəinki qaraciyər sürrozuna, hətta beyin qabığının da dəyişikliyinə gətirib çıxarır. Bu hal baş verərkən, boz maddələrin miqdarı azalır, nəticə etibarı ilə də xəstə beyin çətin hərəkətləri həyata keçirə bilmir. İnsan belə halda yaxşını pisdən, düzgünü səhvdən ayıra bilmir, sabit məqsədi olmur, çox tez bir zamanda qıcıqlanır. İnsan sistematik şəkildə beynini spirtli içkilərlə və ya narkotik maddələrlə zəhərləyirsə, onun şəxsiyyətində bütünlüklə deqradasiyası baş verir.

Şərhlər

Çox oxunanlar