Əl yazınız haqqınızda nə deyir?

07.04.2016 14:37     Maraqlı     1789

Bilirdinizmi insanın əl yazısı da onun haqqında çox şeyi deyə bilir? Məşhur bir qrafioloqun da dediyi kimi, hansı xalqın nümayəndəsi olursa olsun, hansı dildə yazırsa yazsın, mən onun düşüncələrini əl yazısıyla kağız üzərinə əks olunan proyeksiyalarını oxuya bilirəm.


Bu arada əl yazısını öyrənən elm qrafologiya adlanır. Bu üsula ən çox müraciət edən sahə böyük firmalardır. Qrafologiya elmi insanın xarakterini, davranışlarını, istəklərini tapmaqda və insanın kimiliyinin analizində ən etibarlı vasitə sayılır.

Əl yazısı insanın iqtisadi mənşəyini, yaşayışını, həyatdakı mövqeyini və təhsilini əks etdirir. Fransa kimi ölkələrdə şirkətlərin 80 faizi iş görüşlərində əl yazısı vasitəsi ilə kadırın kimliyini təhlil edirlər. Əl yazısıyla insanın xarakterini öyrənmək xalqdan xalqa, insandan insana fərq edir.

Qrafalogiyada ən azı 300 fərqli əl yazısı nümunəsindən istifadə edilir. Lakin yenə də dəyişməyən və təməl olaraq xarakterizə edilən müəyyən bəzi qaydalar var.

1) Yazını əymək

Əl yazısının sağa doğru əymək, insanın ünsiyyət qabiliyyətinin göstəricisidir. Bu cür insanlar daha dost canlı və məsuliyyətli olurlar. Yazı sağa doğru əyildikcə insanın qərarları duyğularının təsirinə düşür. Əl yazısının ümumiyyətlə düz olması insanın müstəqilliyinə dəlalət edir.

Sola doğru əyilən əl yazısı, romantikliyi və ehtiyatlı olmağa göstərir. Bu əl yazısının sahibi, əvvəlcə hər məlumatı təsdiqləyir. Başqalarının onu hər hansı bir söz verməyə məcbur etməsindən isə xoşu gəlmir.

2) Böyük yazılar

Böyük əl yazısıyla yazan şəxslər daha çox dostluğu xoşlayırlar.Yadlara güvənmir.Ancaq
özünə çox etibar edir.

3) Kiçik yazılar
 
Kiçik əl yazısı məntiqli düşünməyin göstəricisidir. Təfəkkür etməyi sevən insanlardır.

4) Kobud yazılar
 
Kobud yazan şəxslər verdikləri sözü yerinə yetirməkdə həmişə tərəddüddə olurlar. Həyatda baş verən hər bir hadisəni ciddi qəbul edir.

Çox kobud yazı isə şəxsin gərginliyindən xəbər verir. Onu tənqid edənlərə qarşı çox qəzəblidir.
Bu cür insanlar əvvəl cavab verərlər sonra sual soruşarlar.

5) İncə yazılar
 
Çox incə yazılar isə mühitə və insanlara olan həssaslığı təmsil edir.

Şərhlər

Çox oxunanlar