Duz siqaret qədər təhlükəli ola bilər

08.04.2016 11:18     Maraqlı     1614

Restoranlarda yediyimiz ya da supermarketlərdən aldığımız hazır yeməklərdə olduqca çox miqdarda duzdan istifadə edilir. Dünyanın hər tərəfində hər kəsin ehtiyacı olduğundan çox duz qəbul etdiyi, bunun da yüksək təzyiq və ürək xəstəliklərinə səbəb olduğuna aid çox sayda sübut mövcuddur. Mütəxəssislər ən azı tütün istifadəsi qədər təhlükəli qlobal sağlamlıq krizisiylə qarşı-qarşı olduğumuz mövzusunda xəbərdarlıq edirlər.
Mətbəxinizdəki duzqabı öldürücü bir silah kimi görünməsə də, mütəxəssislər duzun artıq istifadəsinin ölümə də səbəb ola biləcəyini qeyd edirlər. Həkim Stephen Havas tükətdiyimiz duz miqdarını azaltmağın vaxtının çoxdan gəldiyini deyir: "Artıq hansısa bir nöqtədən başlamaq lazımdır. Bir çox insan həddindən artıq duz tükətdiyi üçün əlil qalır, hətta ölür.”
Dünya Səhiyyə Təşkilatına əsasən, ürək-damar xəstəlikləri dünyanın bir nömrəli öldürücü xəstəliyidir. 2004-cü ildə 17 milyon insan ürəktutmasından, yüksək təzyiq və periferik damar xəstəliklərindən vəfat etmişdir. Təşkilat 2030-cu ildə bu sayın 23 milyona qədər qalxa biləcəyini bildirir. Bunun səbəbi kimi isə, ifrat tütün tükədilməsi, oturaq həyat, qeyri-sağlam qidalanma göstərilir. Qeyri-sağlam bəslənmə dedikdə isə, ifrat duzlu hazır yeməklərdən istifadə nəzərdə tutulur.
Duz qidada istifadəsi etibarlı olan bir əlavə hesab edilir. Lakin hansımız nə qədər duz tükətdiyimizi hesablamışıq? Bir çay qaşığı duz 2400 milliqrama bərabərdir. Lakin qida, sənaye və tibb sahəsindən olan mütəxəssislər bir çoxlarının gündə 4 min milliqramdan artıq duz tükətdiyini deyir.
Amerika Ürək Xəstəlikləri Dərnəyi və digər tibb təşkilatları gündəlik duz miqdarının 500 milliqramı keçməməsini tövsiyə edir. Doktor Havas’a görə, ehtiyacımız olan duz miqdarı 150 milliqramdır: "150 və 4 min milliqram arasında çox böyük fərq var.”

Havas duz miqdarının azaldılması mövzusunda illərdir edilən xəbərdarlıqların işə yaramadığını deyir. Qida etiketlərində göstərilən məlumatların bir çoxları üçün çətin anlaşılan olduğunu deyən həkim, hökümətin meydana daxil olmasını, qida sənayesində istifadə olan duz miqdarına məhdudiyyətlər qoyulmasını təklif edir: "Heç kim vərdişlərini dəyişdirmək istəmir. Qida və içki sektoru da bu işdə əlbirdir. Qidalar çox duzlu olduğu üçün, insanlar daha çox içki içir və bu da satışı artırır. Qida sənayesinin nəhəngləri daha çox duzlu qida yediyinizdə, daha çox içki içəcəyinizi əla bilir.”

Şərhlər

Çox oxunanlar