Gülməkdən ölən 8 adam
11.04.2016 13:13 Maraqlı 2288
Alimlər təsdiqləyirlər ki, gülmək ömrü uzadır, lakin təcrübə göstərir ki, bu heç də hamı üçün belə deyil. Tarixdə gülməkdən ölən insanlar barədə real faktlar mövcuddur. Dayanmadan gülmək zamanı beyin anevrizmi, insult, ürəyin dayanması, habelə asfiksiya baş verə bilər. Əgər insanda anadangəlmə ürək çatışmamazlığı varsa o öz gülüşünün nə qədər sürməsinə diqqət yetirməlidir, əks halda bu ölümlə nəticələnə bilər. Aşağıda real olaraq gülməkdən ölən insanlar barədə maraqlı məlumatları sizinlə paylaşmaq istərdik.
- Britaniyada daş karxanasında işləyən Aleks Mitçell 1975-ci ildə qəflətən dünyasını dəyişir. Səbəb isə o il yayımlanan “Xeyirxahlar” adlı tamaşa olur. Bu verilişə baxan zaman Aleks o qədər bərk gülür ki ürəyi tab gətirmir. Sonradan onun xanımı redaksiyaya “təşəkkür” məktubu yazaraq bildirir ki proyekt üzərində çalışanlar o qədər əçək sərf edirlər ki, nəticədə onun yoldaşının həyatının spn dəqiqələri çox xoşbəxt keçir.
- 1988-ci ildə Danimarkada həkim surdoloq vəzifəsində işləyən Ole Bentzen adlı şəxs dünyasını dəyişir. Onu qəfləti ölümünə səbəb isə “Vanda adlı balıq” filmi olur. Bu filmə baxan zaman o bərkdən dayanmadan gülməyə başlayır ki, bunun nəticəsində də infarkt keçirir.
- Tailandlı Damnoen Saen-Amın ölümünə səbəb isə yuxuda gülməklə baş verən ürək çatışmamazlığı olur. Bu hadisə Tailanda baş verir və hadisənin şahidi Damnoenin yoldaşı olur. Qadın onu oyatmağa çalışsa da bacarmır. Bir neçə dəqiqədən sonra Saen-Am nəfəs almamağa başlayır və ürəyi fəaliyyətini dayandırır.
- Qarşısıalınmaz gülmək 1893-cü ildə İndianada yaşayan bir fermerin həyatına son qoyur. Dostunun zarafatı nəticəsində gülməyə başlayan fermer bir saata yaxın dayana bilmir. Nəticədə isə ürək dözə bilmir və birdəfəlik dayanır.
- Bizim eradan əvvəl V əsrdə Yunanıstanda yaşamış Zevkis adlı şəxs öz rəssamlıq istedadı ilə məşhur idi. Rəssama bir sifariş çatdırılır. Müştəri rəssamdan yaşlı bir qadını Afrodita obrazında çəkməyi xahiş edir. O isə bunu eşitdikdən sonra yarım saata yaxın dayanmadan gülür və dünyasını dəyişir.
- Kral II Karlın 1660-cı ildə İngiltərədə hakimiyyətə gəlməsi aristokrat Tomas Arkartın ölümünə səbəb olur. Bu xəbəri eşidən Tomas öz gülüşünü saxlaya bilmir və nəticədə dünyasını dəyişir.
- 1410-cu ildə yaşamış saray təlxəki Bor özü də istəmədən kral I Martinin ölümünə səbəb olur. Ağır nahardan sonra kral ondan məzəli bir əhvalat danışmağı xahiş edir. Təlxək də öz növbəsində quyruğu ağaca ilişmiş cavan maral barədə söhbət açır. Bərk gülməkdən kralda asfiksiya baş verir və o dünyasını dəyişir.
- İtaliyalı yazıçı Pyerto Aretino dayanmadan güldüyü zaman başını bərk bir yerə çırparaq dünyasını dəyişir.
(Maraqli.info)
Şərhlər