Bin Laden bu kitabları oxuyurmuş - SİYAHI

08.07.2015 13:28     Maraqlı     2216

Bin Ladenin şəxsi kitabxanası açılıb.
 
Bir müddət öncə "Əl-Qaidə" terror təşkilatının lideri Usamə Bin Ladenin kitabxanasının ABŞ kəşfiyyatı tərəfindən aşkar olunması nəticəsində onun hansı kitablarla maraqlandığı məlum olub.
 
Sən demə Ben Laden daha çox 11 sentyabr terror aktı ilə bağlı Qərb yazıçılarının əsərlərini oxuyurmuş. Onun kitab rəfində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Maykl Şoerin "İmperiya təkəbbürlüyü: niyə Qərb terrorla müharibədə uduzur" əsəri yer alıb. Bu kitabda Ben Laden islam tarixinin son 150 ildə ən ümidverici şəxsi kimi qələmə verilib.
 
Bundan əlavə, "Əl-Qaidə" lideri Maykl Çossudovskinin "Amerikanın terrora qarşı müharibəsi", "Ərəb əlyazmasının emalatxanası", "Sağlam qidalanmaya dair bələdçi", Bob Vudvordun "Obama müharibələri", Pol Kennedinin "Böyük məmləkətlərin yüksəliş və enişi", Robert Hopkins Millerin "ABŞ və Vyetnam 1787-1941", Frits Sprinqmeyerin "İllüminatlar ailəsi", Yustas Mullinsin "Federal rezerv sisteminin sirləri" kimi kitablar da Ben Ladenin oxuduqları sırasında olub.
 
Əfsanəvi lider həm də öz müəllimi Əbdul Azzamanın "Müsəlman torpaqlarının müdafiəsi" və "Karvana qoşulun" kimi cihadyönümlü kitabları mütaliyə edirmiş.
 
Xatırladaq ki, Bin Laden ilk dəfə 2004-cü ilin oktyabr ayında videogörüntü vasitəsilə 11 sentyabr hadisələri üçün məsüliyyəti öz üzərinə götürdü. Bin Laden uzun müddət Əfqanıstan - Pakistan sərhədində gizlənərək axtarışlardan yayınmağa müvəffəq olurdu. Bu şəxs dünyanın 1 nömrəli terrorçusu sayılsa da əslində o, çox komfortlu həyat sürərək sülh şəraitində böyümüşdü.
 
// Ölkə.Az //

Şərhlər