15 faydalı psixoloji üsul

12.04.2016 13:06     Maraqlı     1637

Bu məqalədə sizinlə faydalı və maraqlı psixoloji üsulları paylaşmaq istərdik. Onlar nəinki stresli şəraitlərdə, eyni zamanda gündəlik həyatda da köməyinizə yarayacaq.

  1. Bir qrup insan güldüyü zaman hər kəs instinktiv olaraq daha çox bəyəndiyi (və ya özünə yaxın hesab etmək istədiyi) insana baxır .
  2. Hər hansı bir xüsusi cavabdehlik yükü daşıyan, diqqət tələb edən, bir sözlə, sizi narahat edən bir işi görmək lazımdırsa bir saqqız çeynəyin və ya nəsə yeyin. Bu şüuraltı səviyyədə təhlükəsizliklə bağlıdır, çünki biz adətən özümüzə qarşı bir təhlükə hiss etmədikdə qida qəbul edirik.
  3. Əgər sizə kimsə əsəbləşirsə və bu zaman siz özünüzü təmkinli aparmağa nail olursunuzsa, çox güman ki qarşı tərəf bundan daha da hirslənəcək. Lakin bir qədər keçdikdən sonra o insan etdiyi hərəkətindən savayı utanc hissi keçirəcək.
  4. Əgər verilən suala qarşınızdakı adam yarımçıq və ya ikimənalı cavab verirsə sualı təkrarlamağa dəyməz. Ən yaxşısı sakitcə onun gözlərinə baxın. O çox güman ki verdiyi cavabın qənaətbəxş olmadığını anlayacaq və cavab verməkdə davam edəcək.
  5. Sifət ifadəsi sən demə nəinki müəyyən hisslərin nəticəsi olaraq peyda olur, eyni zamanda bu hisslərin yaranmasına da səbəb ola bilir. Geri əlaqə demək olar ki qüsursuz çalışır və buna görə də özünü xoşbəxt hiss etmək istəyənlərin tez-tez gülümsəmələri vacibdir.
  6. Yaxşısı budur danışıq zamanı və məktublaşmada “düşünürəm ki” və ya “mənə elə gəlir ki” ifadələrindən istifadə etməyəsiniz. Bunların işlədilməsi yersiz deyil, lakin sizin fikirlərinizə əminsizlik çaları qatır.
  7. Vacib bir müsahibə öncəsi təsəvvür edin ki sizinlə müsahibə alan arasında uzun sürən bir dostluq əlaqələri mövcuddur. Hər hansı bir situasiyaya reaksiyamız hər zaman bizim özümüzdən asılıdır, bizim sakitliyimiz və sərbəstliyimiz həmsöhbətimizə də keçə bilər.
  8. Əgər siz hər hansı bir insanla görüş zamanı səmimi olaraq sevinc hissinizi biruzə verməyə nail olsanız, növbəti görüş zamanı o insan özü də sizi görməyə şad olacaq (yeri gəlmişkən, itlər tez-tez bizə qarşı bu üsuldan istifadə edirlər).
  9. İnsanlara qarşı böyük minnətdən etiraz etdikdən sonra onlar adətən kiçin yardıma da razılaşırlar.
  10. Həmsöhbətin ayaqlarının qoyuluşuna baxaraq kifayət qədər faydalı məlumat almaq mümkündür. Məsələn, əgər onun corabları sizə tərəf deyil, əks istiqamətdə “baxırlarsa”, bu adətən o deməkdir ki həmsöhbətiniz danışığı tez bir zamanda bitirmək istəyir.
  11. Bir çoxları özlərinə qarşı sərt və xoş olmayan tənqid ilə rastlaşacaqları gözlədikləri toplantılara qatılmalı olur. Belə şəraitlərdə ən yaxşı psixoloji üsul olaraq sizi tənqid edəcək insanın yanında əyləşin. Təcrübə göstərir ki, onun hirsi soyuyacaq və ya sizə qarşı daha yumşaq davranacaq.
  12. İnsanların çoxu əzəmətlə sadə özünəinam arasında fərqi hiss edə bilmirlər. Əgər tam görünüşünüzlə arxayınlıq göstərə bilsəniz insanlar sizə yaxınlaşmağa can atacaqlar.
  13. Xidmət sahəsində işləyənlər üçün gözəl bir psixoloji məsləhət – arxanızda güzgü asın. İnsanlar özlərini daha təmkinli aparacaqlar, axı heç kim özünü əsəbi və acıqlı görmək istəmir.
  14. Tanışlıq zamanı qarşınızdakı insanın gözlərinin rənginə diqqət edin. Bir qədər uzun sürən görmə əlaqəsindən sonra o sözsüz ki sizə qarşı simpatiya hiss edəcək.
  15. İlk görüş zamanı görüşdüyünüz şəxsi hər hansı bir əyləncəli yerə aparmağınız məsləhətdir. Nəticədə o yerlə bağlı olan müsbət emosiyalar məhz sizinlə əlaqələndiriləcək.

 

(Maraqli.info)

Şərhlər

Çox oxunanlar