Siqaret tərgidildikdən sonra nə baş verir?
14.04.2016 12:24 Maraqlı 2069
Son çəkilən siqaretdən artıq bir neçə dəqiqə sonra insan orqanizmi başqa cür fəaliyyət göstərməyə başlayır. Siqareti tərgitmək qərarına gələn insanların orqanızmində nələr baş verdiyi barədə maraqlı faktları sizinlə paylaşmaq istərdik.
- İlk dəyişikliklər artıq 20 dəqiqə sonra özünü biruzə verir – qan dövranı yaxşılaşır, əl və ayaq barmaqlarının hissiyatı artır.
- 8 saat sonra qanda karbon oksidinin miqdarı azalır. Bu isə o deməkdir ki, qanımızdakı oksigenin miqdarı yenidən normaya dönür.
- Siqaret çəkməkdən imtina etdikdən 2 gün sonra orqanizm tam olaraq nikotindən azad olur. Siz nəhayət ki sizi siqaret çəkməyə sövq edən balaca kristallardan qurtulursunuz. Təəssüf ki, nikotin bədəndən tam çıxdıqdan sonra siqaret çəkməyə olan tələbat maksimum artır.
- 2 gün sonra dad reseptorları da normal fəaliyyət göstərməyə başlayırlar. Siz dad nüanslarını nəinki daha yaxşı sezə biləcək, habelə adəti yeməyinizə daha az ədviyyalar qatacaqsınız.
- Bu ziyanlı vərdişdən qurtulduqdan 2 gün sonra siz qoxuları daha yaxşı hiss edəcəksiniz. İndi artıq ayaq saxlayıb və bir qızılgül qoxulamaq ideyası sizə daha cazibədar görünəcək.
- 3 gündən sonra ağciyərlərdə kirpikcikli epiteli bərpa olunacaq. Siqaret çəkmək nəfəs yollarını təmizləyən mikroskopik kiprikcikləri məhv edir. Xoşbəxtlikdən, bu kiprikciklər bərpa olunandırlar.
- Bir həftədən sonra qan təzyiqi aşağı düşməyə başlayır, bu isə öz növbəsində insult, ürək qan-damar xəstəliklərinin, ürək və böyrək çatışmamazlıqlarının və stenokardiyanın əmələ gəlmə ehtimallarını azaldır.
- İki həftədən sonra öskürək tədricən azalmağa başlayır. O ani olaraq kəsilmir, çünki sizin ağciyərlərinizə onlarda toplanan ziyanlı maddələrin çıxarılması üçün bir müddət tələb olunur.
- Qan dövranı iki həftədən sonra bərpa olunur, bu isə cinsi həyata da müsbət təsir göstərir.
- Siqaret çəkməkdən imtina etdikdən 3 ay sonra dərinin rəng çaları eyniləşir. Nikotin qanın dərinin üst qatlarına çıxmasına mane olur ki, bunun nəticəsi olaraq da dəri solğun, quru və qabıqlanmaya meylli olur. Nikotin eyni zamanda kollagenin ifraz edilməsinə mane olaraq dəridə qırışların da yaranmasına səbəb olur.
- Bir il ərzində br dənə də olsun siqaret çəkməsəniz, bu ziyanlı vərdişlə əlaqədar olan ən parlaq əlamətlər yoxa çıxır. Barmaqlarda olan tütün çaları itir, dişlərdə olan ləkələr solur. Stomatoloq tərəfindən dişlərin təmizlənməsindən sonra onlar artıq yenidən saralmır, diş ətində qan dövranı isə normaya düşür.
- Siqaret çəkməyi tərgitdikdən 5 il sonra insult riski göstəriciləri normaya düşür, 15 ildən sonra isə keçmiş siqaret çəkənlə siqaret çəkməyən arasında xərçəng xəstəliyinə yoluxmaq riski eyni səviyyəyə düşür.
(Maraqli.info)
Şərhlər