Bu sadə üsullarla varikozun qarşısını alın

14.04.2016 15:04     Maraqlı     1656

Varikoz Damar Cərrahı Müzəffər Bahçivan dar geyimlərin bədəni sıxaraq varikoza təkan verdiyini deyib. 

Həkim bunu ayaqları sıxan dar geyimlərin qan dövranını zəiflətməsi ilə izah edib. Bədəni çox sıxan paltarlar isə qol altında tərləməyə səbəb olmaqla müxtəlif infeksiyalara yol açır. 
O, \"Dar geyimlərin bədəndəki qan dövranını pozaraq ayaqlarda varikoz artımına yol açdığını bildirib. Lakin çoxları dar paltarların həddindən artıq tərlədərək göbələk və başqa infeksion xəstəliklərə yol aça biləcəyini bilmir. Ona görə də dar paltarlarda uzun müddət qalmağı tövsiyə etmirəm”. 

Varikozdan əziyyət çəkənlərin dərman müalicəsi ilə yanaşı, müxtəlif cərrahi üsullarla bu problemdən xilas olmasının mümkünlüyünü deyən cərrah deyib: "Ümumiyyətlə, varikozun müalicəsi damarların formasından asılı olaraq, dəyişir. İri damar genişlənməsi varsa, lazer əməliyyatı, xırda damarlar "skleroterapiya” adlandırılan xüsusi iynə üsulu ilə aradan qaldırılır”. 
Həkim həmçinin onu da bildirib ki, varikoz daha çox uzun müddət ayaq üstdə dayanan insanlarda və hamilə qadınlarda müşahidə olunur. 

Müzəffər Bahçivan varikozun qarşısını alan asan üsullardan da danışıb: "Varikoz corablar damarlara təzyiq göstərərək qanın ürəyə doğru hərəkətinə kömək edir. Əgər xəstələrin ciddi problemləri varsa, şişi azaldan dərmanlar təklif edirik. Hər axşam, ya da gün ərzində xəstə, vaxt olanda ayaqlarını yuxarı qaldıraraq şikayətlərini azalda bilər. Hərəkətsiz qalmaq, ya da ayaq üstündə durmaq bu şikayətlərin artmasına səbəb olur. Bunun üçün hər gün piyada yeriyərək əzələləri işlətmək varikozun mənfi təsirlərini minimuma endirər\". 

Soyuq su masajının da varikozun təsirini azaltdığını deyən həkim xəstələrinə dikdabanda gəzməməklə bağlı xəbərdarlıq edib.

Şərhlər

Çox oxunanlar