Ütünü təmizləməyin ən asan yolu
15.04.2016 14:24 Maraqlı 1899
Ütünü hər 3 aydan bir təmizləmək lazımdır. Xüsusən, buxarvermə funksiyası varsa, onun kirəc bağlaması ehtimalı çoxdur.
Ütü masasının üstünə çoxlu duz tökün. Duzun üzərinə köhnə, artıq istifadə etmək istəmədiyiniz yastıq üzü sərin. Ütünün buxarvermə funksiyasını deaktiv edin. Daha sonra cihazı ən yüksək temperatura qoyun. Ütünü yastıq üzünün üstünə qoyub 1 dəqiqə gözləyin. Bütün pas və kirəc töküləcək. Ütünüz yeni kimi olacaq.
Şərhlər