Tarixin ən manyak qatili Ed Gein (18+)

16.04.2016 21:41     Maraqlı     3445

“Məzar oğrusu” yaxud “dəri soyan” ləqəbləri ilə tanınan, əsl adı Edvard Gein (Ed Gein) olan bu insan ABŞ tarixinin, elə bəlkə də dünyanın ən vəhşi, ən qaniçən, manyak qatili olaraq adını tarixə yazdırıb.



Saysız-hesabsız qurbanları olan bu qatil məhkəmədə sadəcə 15 insanın qətlində günahlandırılaraq həbs edilib. Məsələnin ən tükürpədən tərəfi odur ki, Ed Gein qurbanlarını sadəcə öldürməklə kifayətlənməyib. O, əsasən qadınları öldürdükdən onlara təcavüz edir, dərisini soyur, daha sonra paltar kimi istifadə edirdi. Hələ bu azmış kimi qatil həmin dəridən geyilmiş paltarla ay işığında rəqs edirdi.

Edvardın uşaqlıq illəri olduqca ağır və izdirablı keçib. Atası içki düşkünü, anası isə olduqca dindar xristian olub. Henri adlı qardaşı olan Edvard anasını çox sevirdi. İşin qəribə tərəfi bu idi ki, anası qadınların iyrənc və günahkar məxluqlar olduğunu düşünürdü. Uşaqlarını da məhz bu yöndə tərbiyə edirdi.

Anasının bu fikirləri getdikcə Edvardın daha çox beyninə həkk olunmağa başlayır. Ancaq qardaşı Henri anasının bu xəstə fikirlərinə qarşı idi. Günlərin birində qardaşı Henrinin samanlıqda yanmış meyiti tapılır. Lakin onu kimin qətlə yetirdiyi isə naməlum qalır. 



Ed isə getdikcə daxili təlatümlər keçirirdi. Qeyd edək ki, Ed həmişə anası kimi olmağı düşünürdü. Buna görə də o,tez-tez cinsiyyətini dəyişdirməyi planlaşırırdı. Hətta bir vaxt cinsiyyət orqanını kəsmək istəyirdi. Lakin sonradan fikrindən daşınır.

Anasının ölümündən sonra Ed anatomiyaya olan marağı şiddətləndi.

Anasının ölümü onu dərindən sarsıdır. Edvard Gein aylarla otağından çıxmır. Vücudunun anası kimi olmağını çox istəyirdi. Lakin mümkünsüz olduğunu da anlayırdı.

Edvard yeni bir üsula əl atdı. O, qəbirstanlıqdan meyitləri oğurlamağa başladı. Daha sonra onları evə gətirərək üzərlərində təcrübə aparır. O, meyitləri yarır və anatomiya barədə olan bilgilərini əyani şəkildə daha da artırırdı.

Yalnız meyitlərlə kifayətlənməyən Edvard 1954-cü ildə bir qadını odlu silahla qətlə yetirir. Daha sonra onun 90 kq-lıq meyitini evə daşıyır.

Tarixin ən manyak qatili Ed Gein (18+)

Sevimli anasına çox bənzəyən qadınının meyitini parçalayan Edvard onu dərini soyur. Daha sonra həmin dəridən özünə paltar düzəldib geyinir və güzgüyə baxdıqda anasına çox bənzədiyinin fərqinə varır.

Meyit oğurlamaq artıq onun üçün adi hala çevrilmişdi. Manyak qatil getdikcə azğınlaşırdı.

Daha sonra 58 yaşlı qadını öldürdü. Yenə adəti üzrə meyitlə cinsi əlaqəyə girir, sonra onu ikiyə bölürdü.

Hətta bir vaxt evinə topladığı meyitlərdən özü üçün müxtəlif bəzək əşyaları düzəldirdi.

Aylar ötdükcə vəziyyət qəlizləşirdi. Edvard ələ keçəyindən qorxurdu. Çünki, evinə topladığı meyitlərdən ifunətli qoxu gəlirdi. Bağçada basdırmağa da risk etmirdi.

Ancaq yenə fəaliyyətinə son vermədi.

1957-ci ildəki son cinayətindən sonra qatil diqqəti öz üzərinə çəkir. Hər kəs onun bu qətldə günahlı olduğunu sanki hiss edirdi. Lakin olduqca sakit və mülayim olan Edvarddan heç kim belə hərəkət gözləmirdi.

Günlərin birində polislər Edvard Geinin evinə basqın həyata keçirirlər. Onlar gördükləri mənzərə qarşısnda sadəcə şok keçirdirlər. İnsan dərisindən stullar, sümüklərdən müxtəlif bəzək əşyaları, əlcəklər alətlər və s… Sözlə anlatılması mümkün olmayan daha nələr… 



Məhkəmə qarşısına çıxarılan Edvard psixi xəstə olduğu üçün dəlixanaya yerləşdirilir. 10 ildən sonra yenidən müttəhim kürsüsünə qalxır. Lakin yenə də psixi durumu düzəlmədiyi üçün bu dəfə ömürlük dəlixanaya aparılır.

Bundan sonrakı illər ərzində Edvard Gein haqqında onlarla film çəkildi. Onun haqqında yüzlərlə qorxunc hekayələr dolaşır.

Səhhəti olduqca ağırlaşan “Tarixin ən ən böyük manyakı” nəhayət 1984-cü ildə ölür.

Ancaq onun törətdiyi qətllər insanlıq tarixinin ən qanlı cinayətləri olaraq tarixə yazılır.

Sonda dediyi bu sözlər isə dəhşət saçır “Mənə doğru gələn qadını gördüyümdə ağlıma bunlar gəlir: “Bir tərəfdən ona xoş davranmaq, onunla söhbətləşmək istəyirəm. Digər tərəfdən isə onun başını ucu iti mizrağa keçirilmiş halda təsəvvür edirəm”.

Mir.az

Şərhlər

Çox oxunanlar