Avtomobilə 37 il "həbs" verən sürücü onu azad etdi - FOTOLAR

17.04.2016 17:26     Maraqlı     1881

Avtomobil azadlığa çıxsa da, sürücü onu sürməyəcəyini bildirib

Türkiyənin Samsun vilayətində yaşayan Bahaddin Uysal evdə gizlətdiyi avtomobilini 37 ildən sonra çıxarmaq qərarına gəlib. Avtosfer.az avropa.info-ya istinadən xəbər verir ki, 1979-cu ildə Almaniyadan gətirdiyi və Samsunun Vezirköprü rayonunda evin birinci mərtəbəsinə salaraq divarı kərpiclə hörən rayon sakini avtomobili oradan çıxarıb. 

Məlumata görə, 1970-ci ildə çalışmaq üçün Almaniyaya gedən Bahaddin oradan özü üçün «Ford Taunus» markalı bir avtomobil gətirib. O gətirdiyi avtomobili yaşadığı evin bir otağına salaraq uzun illər orada həbs edir. 1998-ci ildə birdəfəlik Türkiyəyə qayıdan Bahaddin avtomobili yenə olduğu yerdən çıxarmayıb və oradaca avtomobilə vaxtlı-vaxtında baxıb. Rayon sakini 40 min km yürüşü olan və işlək vəziyyətdə olan avtomobili istifadə etməyəcəyini, bundan sonra da ona baxmağa davam edəcəyini söyləyib.

avtosfer.az

 

Şərhlər

Çox oxunanlar