Xristofor Kolumb barədə maraqlı faktlar

20.04.2016 13:30     Maraqlı     6314

Dördüncü ekspedisiyası zamanı Xristofor Kolumb öz komandası ilə birlikdə bir ilə yaxın Yamayka adasında yaşamalı olur. Yerli aborigenlər həvəslə onları qida ilə təmin etməyə başlayırlar. Bir müddət keçdikdən sonra isə qida təchizatı nəzərəçarpacaq dərəcədə azalır və Kolumb bununla bağlı maraqlı bir üsula əl atır. Astronomik təqvimə nəzərə salan səyyah müəyyən edir ki 29 fevral 1504-cü ilə tam ay tutulması baş verəcək. Həmin gün o hindli başçılara bildirir ki, onun ilahları qida ilə bağlı baş verənlərdən bərk qəzəbləniblər və tezliklə bunu büruzə verəcəklər. Ay qızardığı zaman başçılar vahimə içində Kolumbdan üzr istəməyə başlayırlar. O isə öz növbəsində öz kayutuna çəkilir və ay tutulmasının sona çatmasını gözləyir. Sonra isə hindlilərə müraciət edərək bildirir ki, onlar bağışlanıblar. Bunun nəticəsi olaraq isə sonuncular təqdim etdikləri qidanın miqdarını əvvəlki səviyyəyə qaldırırlar.

 

(Maraqli.info)

Şərhlər

Çox oxunanlar