Saç ağarmasına qarşı TƏBİİ ÇARƏlər: sadəliyi heyrətləndirəcək

21.05.2016 16:15     Maraqlı     2168

Saçlarınızın arasında ağ tüklər var? Saçlarınız tam ağ görünməsə belə, arasında bircə ağ telin olması sizi çox narahat edə bilər. 

İlk olaraq onu deyək ki, ağaran saçların həlli üçün möcüzəvi bir üsul, ya dərman yoxdur. Saçların ağarmasının ən böyük səbəbi genetik amillərdir. Yerdə qalan 5% isə insanın uzun müddət stressə məruz qalması, yaşanan bəzi vitamin əskikləri və fərqli xəstəliklər nəticəsində yaranır.
 
Saçlarınız bədəninizdə hər hansı bir əlamət olmadan ağarırsa, bunun səbəbi 99% genetik mirasınız və qocalmanızdır. 
 
Erkən yaşda saç ağarmasının səbəbləri nələrdir?
 
 
- Saç ağarmasının ən mühüm səbəbi gendir. Yəni ana, ya atanız da sizin yaşınızdaykən saç ağarması problemi yaşayıbsa, sizin də eyni problemi yaşamanız normaldır.
Gizli şəkər və ya qan şəkəri olaraq bilinən şəkər xəstəlikləri də saçlarınızın erkən ağarmasına səbəb olur.
 
- Saça rəngini verən melanin maddəsinin bu maddəni ifraz edən melanosuit hüceyrələrinin ölməsi nəticəsində azalması.
 
- Stress tam olaraq saçı ağartmasa da, saçı ağardan amilləri irəlilədir.
 
- Gənc yaşda çox tez-tez saçı rənglətmək, kimyəvi saç məhsullarından istifadə də saç ağarmasına səbəb olur.
 
 
Ağaran saçlar və qidalanma
 

 
Əgər saçlarınız çox tez ağarmağa başlayıbsa, bu, orqanizminizdə bəzi vitamin və mineral çatışmazlığından xəbər verir. Məsələn, B12 vitamin əskikliyi uşaqlarda belə saç ağarmasına səbəb ola bilər. Fol turşusu isə proteinin bədən tərəfindən istifadəsində problemlərə yol açaraq, saçları tez ağardar. Erkən saç ağarmasını əngəlləmək üçün istifadə edilə biləcək digər vitamin və minerallar isə biotin, sink və inositodur. Bunları gündəlik qidalanma proqramınıza əlavə edə bilərsiniz.
 
 
Reaksiya.info aile.lent.az-a istinadən ağarma müddətini yavaşlada və saçlarınızın daha sağlam olmasını təmin edə biləcək təbii yollar təqdim edir.
 
 
Adaçayı
 
Adaçayı ilə hazırlayacağınız durulama suyundan istifadə edərək, saçların ağarması prosesini yavaşlada bilərsiniz. Eynilə çay dəmlədiyiniz kimi, 2 stəkan qaynamış suya 2-3 çay qaşığı adaçayı töküb, 10-15 dəqiqə dəmləyin. Daha sonra süzüb soyudun. Bu qarışımla saçlarınızı isladın. Tamamilə quruduqdan sonra ilıq suyla təkrar durulaya bilərsiniz.
 
 
Şor və qara istiot
 
Bu üsul tünd-qara və qəhvə rəngi saçlarda daha yaxşı effekt verir. 10 qram şora 1-2 qr  istiot əlavə edib yaxşı qarışdırın. Saç dərinizdə daha çox ağaran bölgəyə sürtün. 1 saat gözlədikdən sonra yuyun. Həftədə bir dəfə edin.
 
 
Soğan əzməsi
 
Soğanın gözlərinizi yandırmamasına diqqət edərək, soğanı saçlarınızdakı ağları yox etmək üçün istifadə edə bilərsiniz. Tək etməli olduğunuz soğan əzməsini saçlarınızın diblərinə ovalayaraq sürtmək və qurumasını gözləməkdir. Soğanın qabığını soyduqdan sonra yaxşıca əzin. Saç diblərinə sürtüb 30 dəqiqə gözləyin, sonra şampunla yuyun.
Bu prosesdən bir neçə gün sonra ağarmış saçlarınız yenidən tündləşməyə başlayacaq. Gündəlik olaraq istifadə etsəniz, daha yaxşı nəticə əldə etmiş olarsınız.
 
 
Xına
 
- Xına istifadə edə biləcəyiniz ən möhtəşəm təbii saç rəngləndiricidir. Sadəcə saçlarınızın rənglərini tündləşdirməz, həm də qüvvətləndirər.
 
Xınanı hindqozu yağı, ya da xardal yağının içində qaynadıb süzün və bunu saç diblərinə çəkin. Həftədə bir dəfə edin.
 
- Türk qəhvəsi ilə toz halındakı xınanı qarışdırın. Bunu bir qaba qoyun və bir-iki saat ağzını yaxşıca bağlı saxlayın. Daha sonra saç diblərinə masaj edərək bu maskanı çəkin. 1 saat sonra şampunla yuyun. Bu üsulu həftədə 1, ya 2 dəfə edin.
 
 
Hindqozu yağı və limon suyu
 
Eyni miqdarda hindqozu yağı və limon suyunu götürüb qarışdırın. Əgər ölçüdə tərəddüd edirsinizsə, hərəsindən 3 çay qaşığı götürə bilərsiniz. Bu qarışımla saç diblərinizə 3-5 dəqiqə masaj edin. Bir saat saxladıqdan sonra şampunla yuyun. Hər gün bu üsulu təkrarlayın.
 
 
Kök suyu
 
Kök suyu həm sağlamlıq baxımından faydalıdır, həm də ləzzətlidir. Hər gün kök suyu için. Həm də saçları gücləndirib tökülməsini əngəlləyəcək.

Şərhlər

Çox oxunanlar