Avropanın ən gözəl sarayları - TARIXƏ SƏYAHƏT - FOTOLAR

09.07.2015 17:16     Maraqlı     3728

Saraylar hər il dünyanın dörd bir tərəfindən milyonlarla ziyarətçi cəlb edir. Memarlığı ilə heyranlıq oyandıran Avropa sarayları arasında Topkapı Sarayı da xatırlanır. Deutsche Welle Avropanın ən gözəl saraylarını müəyyən edib:

Fransa: Paris yaxınlarındakı Versay Sarayı 1800 otağı ilə Avropanın ən böyük saraylarından biridir. Sarayın inşasına 1677-ci ildə XIV. Ludwiq dövründə başlanıb. Avropadakı bir çox hökmdar öz saraylarını tikəndə Versay Sarayını örnək götürüb.

Rusiya: Rusiyanın Versalı kimil edilən Peterşov arayı, Sankt Peterburqun qərbində yerləşir. 1723-ci ildə tikintisi başa çatan Finlandiya körfəzinin cənub sahilindəki saray, Çar I. Pyotr tərəfindən yay rezidansiyası kimi istifadə edilib.

Türkiyə: Topkapı Sarayı XV. əsrin ortalarından etibarən çoxlu sayda Osmanlı padşahı bu saraydan iqamətgah kimi istifadə edib. Fatih Sultan Mehmedin 1453-ci ildə İstanbulu fəth etməsindən sonra 1460-ci illərdə istehsalına başlanan və 1478-ci ildə tamamlanan Saray 700 min m2-lik ərazidə qurulub. Dörd həyətə açılan sarayda təxminən 5 min nəfər həm yaşayır, həm də çalışırdı.

İngiltərə: Britaniya monarxiyasının rəsmi ana rezidansiyalarından biri olan Vindsor dünyanın fasiləsiz yaşanılan ən qədim qalasıdır. 1078-ci ildə tikintisinə başlanan Saray, qarnizon və həbsxana kimi də istifadə edilib. Saray İngiltərə Kraliçası tərəfindən hələ də istifadə edilir.

Avstriya: Kraliça Maria Tereza, Vyanada Schönnbrunn Sarayını təxminən 300 il əvvəl Avropadakı həyatın mərkəzi halına gətirib. Avstriya-Macarıstan imperiyasının görkəmli strukturlarından olan bu saray, indiki vaxtda da ildə ortalama 3 milyon turist tərəfindən ziyarət edilir.

İspaniya: Madrid yaxınlığındakı, monastr və kitabxanadan ibarət bu külliyyə kompleksini İspanlar dünyanın səkkizinci möcüzəsi adlandırırlar. 207 metr uzunluğunda və 161 metr genişliyindəki El Eskorial Sarayı dünyanın ən böyük intibah dövrü əsəridir. İspan krallarıının əksəriyyətinin memorial məzarı buradadır.

Çex Respublikası: Keçmiş Bohemiya dərəbəylərinin iqamətgahlarından olan Frauenberg Sarayı, Çex Respublikasının ən sevilən strukturlarından biridir. Turistlərə təqdim edilərkən qürur duyulan ən əhəmiyyətli əsərləri isə 17-ci əsrdən qalma divar kağızlarıdır.

Almaniya: Bavariya Kralı II. Ludwig tərəfindən inşa etdirilən Neuschwanstein Qalasının tikintisi 1886-ci ildə başa çatıb. Hər nə qədər II. Ludwig sarayın açılışını görməsə də Nağıl Sarayı kimi də adlandırılan bu saray Almaniyanın Thüringen əyalətində ziyarətçiləri ovsunlamağa davam edir.

İtaliya: Doge Sarayı, tarixi Venesiya Respublikasının siyasi təşkilatlarına ev sahibliyi edib. Görkəmli quruluş, İtalyanın dəniz və ticarət gücünün simvolu sayılır. Gothic stilində inşa edilən saray, bir çox yanğından ziyan çəkib, lakin ard – arda yenidən inşa edilib. Saray hazırda muzey kimi istifadə edilir.

Şərhlər