Şəkər xəstələri hansı meyvələri yeyə bilər?

07.07.2016 21:23     Maraqlı     32633

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən adamlar sağlam adamlar kimi istədikləri meyvəni istədiyi qədər yeyə bilməz.

 

Axar.az immunitet.az-a istinadən xəbər verir ki, bəzi meyvələrin tərkibinin zülal, karbohidrat və şəkərlə zəngin olması onu diabet xəstələri üçün əlçatmaz edir. Bu meyvələri normadan artıq yemək qanda şəkərin miqdarını artırır.
 

Buna görə də şəkərli diabet xəstələri hansı meyvədən, hansı miqdarda yediklərinə diqqət yetirməlidirlər. Tərkibində ən çox şəkər olan meyvələr aşağıdakılardır:
 

* yemiş
* qarpız
* üzüm
* çiyələk
* böyürtkən
* qreyfurt
* ərik
* şaftalı
* portağal
* şirin armud.
 

Bu meyvələrin az miqdarda qəbulu qanda şəkərin miqdarını artırmır, buna görə də yeyilən meyvənin növünə deyil, onun nə qədər yeyiləcəyinə diqqət yetirmək lazımdır.


Bəzi meyvələrin tərkibində olan karbohidratın miqdarı :
 

* 1 orta ölçüdə alma - 100
* 3 ədəd ərik - 100
* 12 ədəd gilas - 75
* 14 ədəd albalı - 80
* 1 ədəd potağal - 100
* 1 ədəd mandarin - 100
* 1 ədəd şaftalı - 100
* 1 ədəd armud - 100
* 1 ədəd heyva - 80
* 1 ədəd nar - 80
* 12 ədəd çiyələk - 175
* 1/2 stəkan tut - 50
* 1 ədəd kivi - 120
* 1/2 stəkan böyürtkən - 75
* 1 kiçik əncir - 50
* 12 iri üzüm - 80
* 1/8 orta boy yemiş - 200
* 1/8 orta boy qarpız - 200.

Şərhlər

Çox oxunanlar