Tarixin ən böyük iflasları
10.07.2015 16:20 Maraqlı 2789
Yunanıstanın iqtasidi böhranla üzləşib iflas etməsindən sonra dünyada baş vermiş iflas olayları bir daha gündəmə gəldi. “Moody's Investor Service” bu ana qədər gerçəkləşən ən böyük 10 ölkə iflasını sıralayıb. Sizə tarixin ən böyük iflas hadisələrini təqdim edirik:
1.Yunanıstan. 2012-ci ilin martında 261 milyard dollarlıq borcunu ödəyə bilmədiyi üçün iflas etmişdi.
2.Argentina. Latın Amerikası ölkələrindən olan Argentina 2001-ci ildə iflas etdiyini açıqladı. Iflas həcmi isə 81 milyard dollar idi.
3. Rusiya. 1998-ci ilin avqustunda iflasa uğradı. Məbləğ isə 73 milyard dollar idi.
4. Yunanıstan. Hazırda bu ölkə yenidən iflasın ətrafındadır. Ölkənin iflasa salan zərər isə 42 milyard dollardır.
5. Yamayka. 2013-cü ilin fevralında bir daha iflasla üzləşən ölkənin iflas dəyəri 9.1 milyard dollar olub.
6.Yamayka. Ölkə 2010-cu ildə iflas etdiyini bildirdi. İflas böyüklüyü 7.9 milyarddır.
7. Ekvador. Bu ölkə 1999-cu ilin avqustunda iflas etdiyini açıqladı. Iflas dəyəri isə 6.6 milyard dollar olub.
8. Uruqvay. Ölkə 2003-cü ilin may ayında iflasa sürükləndi. Məbləğ isə 5.3 milyard dollar həcmində dəyərləndirilib.
9. Peru. Latın Amerikasinin digər ölkəsi olan perulular 2000-ci ilin sentyabrında iflasla üzləşdi. Iflas dəyəri isə 4.9 milyard dollar həcmində olub.
10.Ekvador. Ölkə 2008-ci ilin dekabrında iflasa uğrayıb. İflas məbləği isə 3.2 milyard dolar olub.
Şərhlər