Narlı bulqur salatı
13.07.2016 15:10 Maraqlı 1754
Tərkibi:
1 st. iri bulqur
3-4 xiyar turşusu
1 soğan
yarım dəstə cəfəri
yarım dəstə şüyüd
reyhan
1 böyük nar
1 st. qoz ləpəsi
sous:
1 limon
1 ç.q. abqora
2 x.q. zeytun yağı
1 x.q. sirkə
duz
qara istiot
üzərinə:
nar dənələri
Bulquru iri kasaya qoyub üzərinə isti su tökün. 15-20 dəqiqə saxlayın. Xiyar turşusu və soğanı xırda kubik doğrayın. Göyərtini xırdalayın. Şişmiş bulqur, turşu, soğan, göyərti, nar dənəsi, xırdalanmış qoz ləpəsi və bulquru qarışdırın.
Sous üçün ərzağı qarışdırıb salatın üzərinə gəzdirin. Nar dənələri ilə bəzəyin.
Nuş olsun!
Şərhlər