Dünyanın ən bahalı qələmi

17.07.2016 23:48     Maraqlı     1787

Londonda yerləşən məşhur Gherkin binasının quruluşundan ilhamlanaraq yaradılan qızıl qələm 76 brilyantla bəzənilib.

Bakunews.az xəbər verir ki, bu qələmi almaq istəyənlər 27 min sterlinq ödəməlidilər. Qələmin qiyməti İngiltərənin Yorkshire şəhərinə tək otaqlı evin qiymətinə bərabərdi.

Özünün yaratdığı qələmi alacaq qədər varlı olmadığını söyləyən Rou belə danışıb:

"Bəli, həqiqətən də çox bahalı qələmdi. Lakin işləmə olduğunu və yaradılmasında istifadə edilən mücəvhərlərin keyfiyyətini düşünəndə verdiyiniz pula layiq olduğunu görəcəksiniz".  

Şərhlər