Bu xalq xərçəngə tutulmur, 150 il yaşayır, qadınlar 65 yaşında...

20.07.2016 13:55     Maraqlı     1774

Onlar əla fiziki görünüşlərinə xələl gəlmədən, sağlam ağılla 120-150 il yaşayırlar. Bəs bu uzunömürlülüyün sirri nədədir?
 
Pakistanın şimalında, Hindistan və Çin sərhəddinə yaxın Xunza çayı axır. Bu çayın keçdiyi vadi gənclik vahəsi adlanır. Buranın əhalisi bizdən 2 dəfə artıq yaşayır.
 
Onların həyat devizi belədir: ət yemə, həmişə çalış, çox hərəkət elə, ritmi dəyişmə.
 
Xunza sakinlərinin yay rasionuna çiy meyvə-tərəvəz, qış rasionuna isə ərik qurusu və digər qurudulmuş meyvələr, taxıl və qoyun pendiri daxildir. Yazı onlar "ac" aylar adlandırırlar, çünki meyvə hələ yoxdur, qış üçün olan xuruş isə tamamilə azalıb. Bu 2-4 ay ərzində xunza ac qalır, öz güclərini gün ərzində yalnız bir dəfə ərikdən çəkilmiş içki içməklə qoruyub saxlayırlar.
 
Hərdən, ildə 1-2 dəfə - böyük bayramlarda onlar ət yeyirlər. Bu əlbəttə ki, islama görə haram buyrulan nə donuz əti, nə də inəyi müqəddəs hesab edən qonşu Hindistan görə mal əti deyil.
 
Xunzalıların heç xəstələnmədiklərini də demək olmaz. Bu adətən, yaz aylarında baş verir. 
 
Vadi sakinləri günlərinin çoxunu təmiz havada keçirir, 100-200 km-lik "gəzinti"yə çıxır, su prosedurası zamanı dağlılar hətta 15 dərəcə şaxtada da suyu qızdırmırlar.
 
Bu cür həyat şəraiti "gənclik vahəsi"nin sakinlərinə xəstələnməməyə və bir əsrdən artıq yaşamağa imkan verir. Deyilənə görə, hətta 40 yaşlı xunzalı qadın gənc qız kimi görünür, 60 yaşlı qadınların bədən forması əvvəlki kimi zərif qalır, 65 yaşlı qadınlar dünyaya uşaq gətirirlər.
 

Şərhlər

Çox oxunanlar