2016-cı ildə hansı ölkələr Yer üzündən silinəcək? - Vanqanın proqnozu

10.07.2015 18:22     Maraqlı     2915

Müsəlman dövləti ilə qızğın müharibə başlayacaq.

Vaxtilə məşhur bolqar öncəgörücüsü Vanqa Avropa ölkələrinin dağılma tarixi və səbəbləri barədə proqnoz vermişdi.

O, kimyəvi silah tətbiq edən müsəlman ölkəsi barədə müharibənin baş verəcəyi barədə danışaraq, 2016-cı ildə Avropanın tamamilə boşalacağını bildirib. 2012-ci ildə bu müsəlman ölkəsinin məhz Liviya olduğunu deyənlərin sayı çox idi.

Bu daha çox Liviyanın Sirt şəhərində Qəddafinin 10 ton iprit saxlaması ilə əlaqələndirilirdi.

Vanqanın proqnozlarına əsasən, şimal yarımkürəsində baş verəcək nüvə faciəsindən sonra bütün heyvan və bitkilər məhv olacaq, bunun ardından isə müsəlman dövləti ilə qızğın müharibə başlayacaq.

O bildirib ki, islam ölkəsi kimyəvi silah tətbiq edərək onlarla dövləti Yer üzündən siləcək. Güclü zərbədən sonra isə insanların dərisində yara, xora və şişlərin əmələ gələcəyi, 2016-cı ildə Avropanın tamamilə boşalacağını söyləyib.

/olke.az/

Şərhlər