Xurmalı şəkərparə
23.07.2016 18:39 Maraqlı 1835
Tərkibi (4-6 pay):
250 q yağ
1 yumurta + 1 yumurtanın ağı
1 x.q. şəkər tozu
1-2 x.q. su
aldığı qədər un
1 paket qabartma tozu
1 paket vanilli şəkər tozu
üzərinə:
xurma
1 yumurtanın sarısı
şərbət:
3,5 st. su
3,5 st. şəkər tozu
1 limonun şirəsi
Öncə şərbəti hazırlayın: Su ilə şəkər tozunu qarışdırıb qaynadın, limon şirəsi əlavə edib ocaqdan götürün. Soyudun.
Otaq temperaturundakı kərə yağı, yumurta, şəkər tozu və suyu bir qabda qarışdırın. Un, vanil və qabartma tozunu qarışdırıb əlavə edin. Yumşaq xəmir yoğurun.
Xəmirdən qoz boyda kündələr tutub oval formaya salın, perqament döşənmiş siniyə düzün.
Xurmaları uzununa iki bölüb dənəsini çıxarın. Hər kündənin üzərinə yarım xurma qoyub azca basın (formasını pozmayın).
Üzərinə çalınmış yumurta sarısı çəkin. 175 dərəcə qızdırılmış sobada bişirin.
Sobadan çıxarandan 3-4 dəqiqə sonra soyumuş şərbətin içinə qoyun. Şərbəti hopdurandan sonra buluda yığıb süfrəyə verin.
Nuş olsun!
Şərhlər