Yuyucu tozların saxta olduğunu belə araşdıra bilərsiniz
26.07.2016 00:29 Maraqlı 1606
Yuyucu tozlarının da saxta olduğu müşahidə edilir.
Atv.az bildirir ki, yuyucu tozlarının üzərində xırda nüans var ki, onu bəzən qaçırırıq.
Bu nüansı görmədikdə, yuyucu tozunun saxta olub-olmadığını ayırd etmək çox çətindir. Əgər yuyucu tozlarının üzərindəki, nüans diqqətdən qaçıbsa, o zaman aldığınız tozu belə dəqiqləşdirə bilərsiniz. 1 stəkan suya, 1ç.q yuuycu tozu qarışdırılır içinə bir qabıqlı yumurta salınır. Bir gün saxlanılır. Yumurta zədəsiz, olduğu kimi suda qalarsa, yuyucu tozu keyfiyyətsizdir. Yox əgər yumurtanın qabığı əriyibsə, belə yuyucu tozu ilə tünd və açıq rəngli çirkli paltarlar yaxşı yuyulacaq. Dərmanlı suda yumurta təmiz əriyərsə, ağ paltarları da yaxşı yuyacaq.
Şərhlər