Bunları et, siqaretin təsirindən xilas ol...

31.07.2016 19:13     Maraqlı     1524

XVIII əsrdə Amerika Qitəsindən İspaniya yoluyla Avropaya gəldiyi məlum olan və asılılığı günümüzdə çox yayılmış siqaretinin insan sağlamlığına verdiyi zərərlər saymaqla bitmir.

Uzun illər ərzində istehlak edilən siqaretinin bədəni ağır nikotin təbəqəsi ilə birliktə ələ keçirdiyini qeyd edən mütəxəssislər orqanizmi təmizləmənin yolunun bəzi qida maddələrindən keçdiyini bildiriblər.

Mütəxəssislər sağlamlığa ciddi şəkildə mənfi təsir edən siqaretinin zərərlərini bəzi qida maddələri ilə təmizləməyin mümkün olduğunu açıqlayıblar: "İllərlə tütün məhsulu istifadə edib tərgidən adamlar orqanizmini nikotindən təmizləmək istəsə, bunu bəzi qidalarla bacara bilər”.

 

Moderator.az orqanizmdən nikotini təmizləməkdə faydalı olan həmin qidaları təqdim edir.

Gicitkan otu: Tərkibində bol miqdarda dəmir mineralı və dezinfeksiya edici xüsusiyyətli maddə olan gicitkan otu sayəsində bədəndə və ağciyərlərdə toplanan nikotindən xilas ola bilərsiniz.

Kivi: Nikotinin bədəndən atılmasını təmin edir və bol miqdarda vitamin deposudur. Bundan başqa, enerjili və gümrah olmağınızı təmin edir.

ZəncəfilAntioksidantlar siyahısının başında yer alan zəncəfil də ağciyərlərin təmizlənməsinə kömək edir. Bu səbəbdən zəncəfil çayı içib siqaret istəyini azaltma qərarınızda daha əmin addımlar ata bilərsiniz.

Yerkökü: Siqaret çəkdiyiniz zaman siqaretdəki nikotinin orqanizminizdə 3 gün qaldığını unutmayın. Dəriyə zərər verən nikotinin bu təsirinə qarşı yerkökü suyu içə bilərsiniz. Vitaminlərlə zəngin olan yerkökü suyu dərinin özünü yenilənməsini və nikotindən təmizlənməsini təmin edir.
 
SuSiqareti tərgitdikdən sonra metabolizma zəifləyir. Bunu aradan qaldırmaq üçün hər gün nizamlı şəkildə 2,5 litr su içmək məsləhət görülür. Su orqanizmdəki zəhərli maddələrin atılması üçün çox əhəmiyyətlidir. Bədən susuz qaldıqda hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azalması çətinləşir.

Mütəxəssislər onu da bildiriblər ki, siqareti atanlar yüksək kalorili yeməklərdən daha çox yüngül yeməklərə üstünlük verməldir. Siqareti atanlara çay, kafe təklif edilməməlidir. Çünki bu içkilərin yanında orqanizm siqaret ehtiyacı hiss edər.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar