Qərbdə yeni dəb: üstündə Putinin şəkli olan köynəklər
13.07.2015 12:14 Maraqlı 2730
Baltikyanı ölkələrdən olan Latviyanın ən böyük kabusu sayılan "Rusiya prezidenti Vladimir Putinin ölkəni fəth etmək ehtimalı” həqiqətə çevrilib, ancaq heç gözlənilməyən bir şəkildə. Rusiya lider Putinin şəkli Latviyanın dörd bir tərəfində sürətlə yayılır. Latviyada son zamanlarda ən məşhur imic və marka Putinə aiddir. Üstündə Putinin şəkli olan köynəkləri, ölkədəki mağazalarda tapmaq mümkün deyil. Rusiyada yaşayan Türklərin saytı turkrus.com Putinin günü gündən artan məşhurluğunu belə təqdim edib:
"Latviyaya Putin imicini ticari bir əmtəə kimi gətirən sahibkarlar, məqsədlərinin ölkənin tək ehtiyacı olan “özünəinam hissini' gücləndirmək olduğunu söyləyirlər:" Latviya birləşmiş, güclü və inkişaf edən bir ölkədir. Ehtiyacımız olan hər şeyə sahibik; zəngin tariximiz, möcüzəvi təbiətimiz və mükəmməl insanlarımız var. Tək əksik olduğumuz nöqtə özünəinam hissidir. Bu boşluğu ortadan qaldırmaq üçün, Rusiya lideri Putinin imicini “borc almağı” qərara aldıq. Çünki Putin, özünəinam hissinin qlobal simvolu halına gəlib".
Latviyada ən çox rəğbət görən Putin köynəklərində “Əsgər bir uşağı əsla incitməz”, “Bəli. Güc seksualdır”, “Sürpriz” və “Savaşma seviş" kimi şüarlar həkk olunub.
Qeyd edək ki, bundan bir il əvvəl də Rusiyanın paytaxtı Moskvada üstündə Putinin fotoşəkilinin həkk olunduğu köynəklər böyük maraq yaratmışdı. Putinin at minəndə, silahdan atəş açanda və günəş eynəkli fərqli fotoşəkillərinin olduğu köynəklərdə "Ən nazik insan" və "Bizə heç kim mane olmaz” kimi şüarlar həkk olunmuşdu.
Putin tişörtleri Hollywood ulduzlarının da diqqətini çəkmişdi. ABŞ aktyoru Mickey Rourke Moskvaya gələndə Putin şəkilli bir köynək almışdı.
Şərhlər