Yerkökü paşteti
01.08.2016 23:49 Maraqlı 1650
Tərkibi (6 pay):
2 st. quru lobya
2 yerkökü
1 soğan
yarım dəstə şüyüd
1 ç.q. duz
1 x.q. şəkər tozu
0,5 st. zeytun yağı
Quru lobyanı axşamdan isladın. Səhəri gün yerkökü ilə birlikdə 15 dəqiqə qaynadın. Çıxan köpüklü suyu süzün. Üzərinə bir barmaq çıxacaq qədər isti su və 4 yerə bölünmüş soğan əlavə edib yenidən qaynadın. Yumşaldıqdan sonra lobya, yerkökü və soğanı blenderdən keçirin. Xırda doğranmış şüyüd, duz, şəkər tozu, zeytun yağı əlavə edib qarışdırın. Dördbucaq bir qaba yığıb üzərini hamarlayın. Soyuducuda 4-5 saat saxlayın.
Süfrəyə romb kimi doğrayaraq verin.
Nuş olsun!
Şərhlər