Jirinovski, babasının fabrikinə qarşılıq Ukrayna liderindən fabrik istəyib
13.07.2015 16:25 Maraqlı 2443
Rusiyanın ultra sağçı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ukrayna prezidenti Petro Poroşenkodan Rusiyanın Lipetsk şəhərindəki Roshen şokolad fabrikini istəyib. Mövzuyla əlaqədar açıqlama verən Jirinosvki, İkinci Dünya müharibəsi zamanında babasının Ukraynanın Kostopol şəhərindəki zavodunun yerlə yeksan edildiyini iddia edib. Jirinosvki bildirib ki, Poroşenkoya barterlə bağlı təklif edəcək: “Lipetskdəki öz fabrikanı mənə ver. Mən də Kostopoldaki öz fabrikimlə əlaqədar tələbimi geri götürüm".
Rusiyalı siyasətçi daha əvvəl də Ukraynalı rəsmilərindən babasına aid fabrikin geri qaytarılmasını tələb etmişdi. Müharibədən sonra yıxılan fabrikin ərazisində yeni fabrik inşa edilib.
Şərhlər